Sofulu — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.
Haqqında Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir.
Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır.
Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər.
Kənd 1993-cü il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İstinadlar
Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007
Həmçinin bax
Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri