Oki adaları () — Yapon dənizində Honşu adasından 50 km şimalda yerləşən ada. İnzibati cəhətdən Yaponiyanın Şimane prefekturasına daxildir.

Coğrafiyası Adalar qrupu dörd əsas adadan ibarətdir. Bunlardan üçü «ön adalar» — Tiburidzima (), Nakanosima (), Nisinosima () və bir «arxa» adada olan Doqodan () ibarətdir. Bu adaların yaxınlığında 18 kiçik ada və qayalıqlardan ibarətdir. Ada Pektusen vulkanının Koreya boğazından Honşu adasına uzanan hissədə meydana gəlmişdir. Adaların əmələ gəlməsi Paleolit dövrünə təsadüf edir. Daymen-Oki milli parkı ərazisinə daxildir Əsas adaları Ada (az.) Ada (en.) Ada (yapon.) Sahəsi,km² Əhalisi,nəf. Hündür nöqtəsi,m Pik Koordinatları Doqo Dōgojima 島後 241,58 14 849 608 Daimandzi dağı (Daimanji) Nakanosima Nakanoshima 中ノ島 32,21 2400 164 Nisinosima Nishinoshima 西ノ島 55,97 3400 452 Takuxiyama (Takuhiyama) Tiburidzima Chiburijima 知夫里島 13,7 650 325

İnzibati bölgü Oki adaları 1876-ci ildən Siname perpektirafına daxil edilmişdir. Oki vilayətinin ərazi vahidliyinə daxil edilmişlər. Əvvəllər adalar siyasi dustaqların saxlanma yerləri kimi istifadə edilirdi.

Yaşayış məntəqəsi 2004-ci ilin oktyabr ayında Sayqo şəhəri, Fuse, Qoka və Suma kəndləri Okinosima şəhərində birləşdirilmişdir.

Nəqliyyat Şəhərdə fəaliyyətdə olan hava limanı vardır. Buradan «İtami» (ITM) və İdzumo (IZO) hava limanlarına bir başa uçuşlar təşkil edilir.

İstinadlar

Mənbə Map of the Oki Islands View of the Oki Islands Oki Islands Tourism Association Japan National Tourist Organization site Daisen-Oki National Park Oki Islands Global Geopark Sightseeing Navigation in Shimane

Kateqoriya:Oki adaları Kateqoriya:Şimane prefekturasının adaları Kateqoriya:Yapon dənizi adaları Kateqoriya:Sakit okeanın arxipelaqları