Amami dovşanı,https://www.google.az/books/edition/Rabbits/V6Lb3fVKg3oC?hl=ru&gbpv=1&dq=Amami+rabbit&pg=PA13&printsec=frontcover Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanıСоколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 206. — 10 000 экз (lat. Pentalagus furnessi), ( —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920)Bo Beolens, Michael Watkins, and Mike Grayson. The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 144. — 574 p. — ISBN 978-0-8018-9304-9.. Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır.

Xariçi görünüş

Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir. Ümumi çəkiləri 2–3 kq arasında dəyişir

Areal

Sakit okeanda yerləşən, Amami adalarına aid olan Amamioşima və Tokunoşimada rütubətli subtropik iqlim hökm sürür. Dovşanlar bu adalarda hətta 694 metr yüksəkliklərə qədər olan ərazilərə qədər yayıla bilirlər. 1970–1980 illərdə meşələrdə yerləşən meşələr kütləvi şəkildə qırılsada bu dovşanların həyatına mənfi təsir höstərməmişdir.

Xüsusiyyətləri

Dırmanan dovşan gecə həyat tərzi keçirən canlılardır. Onlar öz yuvalarını 17:00 radələrində tərk edirlər. Geri qayıtma isə səhər çağı 06:00 radələrində baş verir. Yuvalarına qədər məsafə adətən 2 meyr uzunluğunda və 30 sm enində olur. Yolun sonunda isə 20–30 sm diameyrə malik yuva qurulur. İl ərzində bir necə dəfə 2–3 dənə bala verir. Bu canlılar 29 növə qədər bitki yeyə bilirlər. Ən sevdikləri qida fındıqdır. İnsanlarla təması xoşlamırlar.

Düşmənləri

Təbii düşmənləri adalarda yaşayan Kufiilərdir (Trimeresurus). Adalara insanların məskunlaşması ilə dovşanların yeni düşmənləri meydana gəlmişdir. Belə ki, insanlardan başqa bura gətirilən itlər və manqustları göstərmək olar.

Qırmızı kitab

1921 ilə qədər Dırmanan dovşanlar qoruma altında olmuşdur. Onların kütləvi ovlanmasının səbəbi ləzzətli ətə malik olmalarıdır. Üstəlik Dırmanan dovşan yaponlara görə malicə güçünə malikdirlər. Hazırda melərin qırılması müəyyən qədər onların həyatına maneə olurlar. 2003-cü il məlumata görə adalarda cəmi 2000–4800 arası dovşan yaşayır. 2005 ildə Yaponiya hökuməti Dırmanan dovşanları qorumaq məqsədi ilə Yava manqustlarının ovuna başlanılmışdır.

Anami və Tokuşima adalarında təsərrüfatlarda əhəlləşdirilmiş Dırmanan dovşanlar saxlanılır. Üstəlik onları Kaqoşima heyvanxanalarında görmək olar.

İstinadlar

Ədəbiyyat Ronald M. Nowak: Walker’s Mammals of the World. Johns Hopkins University Press, Baltimore 1999, ISBN 0-8018-5789-9 Fumio Yamada, Fernando A. Cervantes: Pentalagus furnessi. In: Mammalian Species. Nr. 782, 2005

Xarici keçidlər

ARKive – images and movies of the Amami rabbit (Pentalagus furnessi)

Kateqoriya:Yaponiya endemikləri Kateqoriya:Asiya məməliləri Kateqoriya:Yaponiya məməliləri Kateqoriya:1900-cü ildə təsvir edilən məməlilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər