Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi.

Həyatı Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu.

Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi. O, eləcə də alman, ingilis, fransız və latın dillərində sərbəst yazıb-oxumağı bacarırdı.

Dorji Banzarov 1846-cı ildə «Ученых записках Казанского университета» dərgisində «Чёрная вера, или Шаманство у монголов» adlı məqaləsi dərc olunmuşdu.

Ədəbiyyat Ким Н. В. Доржи Банзаров. (Биографический очерк). Улан-Удэ, 1992. Санжиев, Буянто Сайнцакович Доржи Банзаров: Изучение научного наследия. К 175-летию со дня рождения. Иркутск-Улан-Удэ, ОНЦ «Сибирь», 1998. Выдающиеся бурятские деятели (17-нач.20в.): Вып. 2. Ч. 1. Улан-Удэ, Изд-во Бурятского гос. ун-та, 2001. ISBN 5852132659 Нанзатова Э. П., Дамбаева Ж. Д.-Ж. Из сокровищницы бурятских мыслителей// Учебное пособие. Бурятский государственный университет. Улан-Удэ, 2003

Xarici keçidlər

Аркадий Зарубин. Установлен памятник первому бурятскому ученому//Информ Полис онлайн, 15 июня 2010 Биография Д. Банзарова на сайте Иркипедия

Kateqoriya:İrkutskda vəfat edənlər