thumb|upright|Səfəvi sülaləsinin xronologiyası Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı və Şərur döyüşlərində qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından sonra bu sülalənin əlindən çıxmışdır.
Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir.
Səfəvi şahlarının siyahısı ŞahHakimiyyət illəriŞahbanuI İsmayıl 1487-1524
(36 yaş)frameless|192x192px22 dekabr 1501 – 23 may 1524Taclı Bəyim 1488-1540
(52 yaş)Bəhruzə BəyimI Təhmasib 1514-1576
(62 yaş)frameless|242x242px23 may 1524 – 14 may 1576Qədəmli Sultan 1516-1593
(77 yaş)Sultanağa Bəyim 1524-1596
(72 yaş)II İsmayıl 1537-1577
(40 yaş)frameless|211x211px14 may 1576 – 27 noyabr 1577Peykər Sultan 1537-1598
(61 yaş)Pərixan xanımın naibəliyi (27 noyabr 1577 - 11 fevral 1578)Məhəmməd Xudabəndə 1531-1595
(64 yaş)frameless|279x279px11 fevral 1578 – 9 sentyabr 1588Məhdi Ülya Mərəşi 1549-1579
(30 yaş)I Abbas 1571-1629
(57 yaş)frameless|223x223px9 sentyabr 1588 – 19 yanvar 1629Yaxan BəyimI Səfi 1611-1642
(31 yaş)frameless|192x192px19 yanvar 1629 – 12 may 1642Anna BəyimII Abbas 1632-1666
(34 yaş)frameless|337x337px12 may 1642 – 26 oktyabr 1666Nakihət BəyimI Süleyman 1648-1694
(46 yaş)frameless|193x193px26 oktyabr 1666 – 29 iyul 1694 -I Hüseyn 1668-1726
(58 yaş)frameless|218x218px29 iyul 1694 – 21 oktyabr 1722 -II Təhmasib 1704-1740
(36 yaş)frameless|266x266px21 oktyabr 1722 – 16 aprel 1732 -III Abbas 1732-1736
(4 yaş) -16 aprel 1732 – 21 mart 1736
Sülalənin sonrakı nümayəndələri II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.
1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi. Beləliklə, o, öz dəstəkçilərinin köməkliyi ilə taxta çıxdı və özünü II Süleyman adı ilə şah elan etdi. Əfşarların digər nümayəndəsi Şahrux isə kor edildi. Lakin iki aydan sonra II Süleyman da taxtdan salındı və Şahrux onun yerinə gətirildi.
Bu dövrdə şah elan edilmiş digər şəxs Əbuturab Mirzə idi. O da II Süleyman kimi ana tərəfdən Səfəvi nəslindən idi və anası Məryəm Bəyim Sultan Hüseynin qızı idi. Feodal hakimlərdən olan Kərim xan Zənd və Əlimərdan xan Bəxtiyari birləşib İsfahana hücum edib oranı ələ keçirdilər. Verilmiş qərara əsasən Səfəvi sülaləsinin hakimiyyətinin bərpa edildiyi elan edildi və Əbuturab Mirzə III İsmayıl adı ilə taxta keçdi. Lakin yalnız onun adı şah idi, faktiki hakimiyyət isə Kərim xanla Əlimərdan xanın əlində cəmləşmişdi. Əbuturab Mirzənin şahlığı 1773-cü ilə qədər davam etdi.
Bir digər Səfəvi nəslindən olan kukla hökmdarlar II Məhəmməddir. Onun adından dövləti idarə edən şəxs isə Ağa Məhəmməd xan Qacar olmuşdur. Şah
GerbVarisTitul Hakimiyyətin başlanması Hakimiyyətin başa çatmasıHökmranlıq müddəti Tacqoyma Şah II Süleyman 150px III İsmayılŞah 17 dekabr 174914 yanvar 17501 il 17 dekabr 1749 III İsmayıl 150px III İsmayılŞah1750177323 il 29 iyun 1750 II Məhəmməd YoxdurŞah 1773179623 il 1773
Həmçinin bax Səfəvi monarxlarının siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat