Şinci Kaqava ( Kaqawa Şinci ; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusu. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur.

29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb.

Klub karyerası Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb.

Serezo Osaka Kaqava 17 yaşında "Serezo Osaka" ilə müqavilə bağlayıb. O, Yaponiyada aşağı yaş qruplarından əsas komandaya cəlb olunan oyunçuları nəzərə almasaq orta məktəbi bitirməmiş peşəkar müqavilə bağlayan ilk oyunçu olub. 2007-ci ildə o, əsas heyətdə yer almağa başladı, amma klub yüksək liqaya çıxa bilmədi. 2009-cu ildə bu hadisə baş verdi və Kaqava Divizyon 2-də ən çox qol vuran oyunçu olaraq diqqətləri öz üzərinə çəkməyi bacardı.

Borussiya Dortmund

2010-cu ilin yayında Kaqava 350.000 €-a Serezodan Borussiya Dortmunda transfer olundu. 23 avqust 2010-cu ildə Bundesliqada debüt etdi. UEFA Avropa Liqasının pley off mərhələsində "Qarabağ"a iki qol vurdu və bu uğurunu "Dortmund"un 2-0 hesabı ilə qalib gəldiyi "Volfsburq"la Bundesliqa oyununda fərqlənərək davam etdirdi. Kaqava Yaponiya millisinin toplanışında zədələndiyi üçün Bundesliqada mövsümün yarısını meydana çıxmadan keçirdi. Çıxış etdiyi 18 oyunda 8 qol müəllifi olan Kaqava "Borussiya"nın Bundesliqa çempionu olmağında böyük rol oynadı, həmçinin onun adı həmin mövsüm üçün Bundesliqanın Ən Yaxşı On Birliyinə salındı.

Kaqava 2011-2012-ci illər mövsümünün başlanğıcında meydana qayıtdı. O, mövsümdə ilk qolunu 18 sentyabrda "Hannover 96" komandasından keçirdi. "Dortmund" son üç dəqiqədə iki qol buraxaraq bu görüşü 2-1 hesabı ilə məğlub başa vurdu. 22 oktyabrda Kaqava "Dortmund"un 5-0 hesabı ilə qalib gəldiyi "Köln" klubu ilə Siqnal İduna Park stadionunda 80.200 tamaşaçının izlədiyi qarşılaşmada yeddinci dəqiqədə hesabı açdı.

Kaqava 25 martda keçirilən "Köln" klubu ilə qarşılaşmada iki qol vuraraq "Borussiya"nın qələbəsində böyük rol oynadı və çempionluq uğrunda əsas rəqib olan "Bavariya"nı beş xal qabaqladı. Kaqa 2012-ci ildə ardıcıl ikinci dəfə "Borussiya" ilə Bundesliqa çempionluğu sevincini yaşadı. O, mövsümü 13 qol və 7 məhsuldar ötürmə ilə qapatdı.

Mançester Yunayted thumb|200px|right|Kaqava (sağda) "Mançester Yunayted"in təlim məşq toplanışında (2012)

5 iyun 2012-ci ildə "Mançester Yunayted" tərəfindən klubun "Borussiya Dortmund"un heyətində çıxış edən Kaqavanı transfer etmək üçün razılıq əldə olunduğu bildirildi, Kaqava "Mançester Yunayted"in heyətində çıxış edəcək ilk yaponiyalı futbolçu idi. Transfer 22 iyunda Kaqavanın tibbi yoxlamadan keçdiyindən sonra rəsmiləşdi. 3 iyulda Kaqavanın 26 nömrəli formanı geyinəcəyi elan olundu.

18 iyul 2012-ci ildə Kaqava Cənubi Afrikada "Amazulu" klubuna qarşı mövsüm qabağı yoxlama oyununda iki dəqiqə meydanda oldu. Kaqava ilk dəfə "qırmızı şeytanlar"ın əsas heyətində 21 iyul 2012-ci ildə "Ayaks Keyp Toun" klubu ilə oyunda çıxdı, və dörd gün sonra "Şanxay Şenhua" klubu ilə oyunda ilk qolunu vurdu. Kaqava Premyer Liqada 20 avqust 2012-ci ildə Mançesterin "Everton"u 1-0 hesabı ilə məğlub etdiyi oyunda debüt etdi. O, ilk qolunu isə "Fulhem" ilə 25 avqustda keçirilmiş ev oyununda vurdu 23 oktyabrda Kaqava "Braqa" klubu ilə görüşdə dizini zədələyərək iki ay yaşıl meydanlardan uzaq qalmalı oldu. Kaqava 2013-cü ilin yanvarında zədəsini bərpa etdi.

2 mart 2013-cü ildə Kaqava "Mançester"in "Norviç Siti"yə 4-0 hesabı ilə qalib gəldiyi oyunda heyətində ilk dəfə het-trik etdi. Bununla o, Premyer Liqada het-trik edən ilk futbolçu oldu, 22 apreldə Kaqava çempionluğu həll edəcək "Aston Villa" ilə qarşılaşmada meydana çıxdı və 3-0 hesabı ilə komandası qalib gəldi. Kaqava Premyer Liqanı qazanan ilk yaponiyalı oyunçu oldu.

Borussiyaya qayıdış 31 avqust 2014-cü ildə Kaqava keçmiş klubu "Borussiya Dortmund"la 30 iyun 2018-ci ilədək müqavilə imzaladı. O, Yonas Hofmanın "1. FSC Maynz 05" klubuna icarəyə verilməsi ilə boş qalan 7 nömrəli formada "Dortmund"un heyətinə qoşuldu. Debütündə Kaqava "SK Freyburq" ilə oyunda fərqləndi.

Milli komanda Kaqava 2007-ci ildə Kanadada keçirilmiş 20 yaşadək futbolçular arasında Dünya Kubokunda Yaponiya komandasının heyətində çıxış edib.

2008-ci ildə o 23 yaşadək futbolçular arasında Yaponiya millisinin heyətində 2008 Yay Olimpiya Oyunlarında iştirak edib.

Kaqava 24 may 2008-ci ildə Kirin Kubokunda əsas komandanın heyətində debüt etdi. Həmin görüşdə Yaponiya Kot-d’İvuarı 1-0 hesabı ilə məğlub etdi. Lakin o, Cənubi Afrikada keçirilmiş FİFA Dünya Kuboku 2010 üçün Yaponiyanın 23 nəfərlik heyətinə dəvət olunmadı. 2010-cu ilin sentyabrında Yokohamada Paraqvaya qarşı qarşılaşmada görüşdə yeganə qolun müəllifi oldu.

Kaqava məşqçi Alberto Zaçeroninin dəvəti ilə Yaponiyanın 2011 Asiya Kubokunda çıxış edəcəyi heyətə çağırıldı. Qətərə qarşı 1/4 final mərhələsi oyununda Kaqava iki qol vuraraq dubl etdi. Oyun 3-2 hesabı ilə Yaponiyanın qələbəsi ilə başa çatdı. Cənubi Koreya yığmasına qarşı yarımfinal oyununda Kaqava ayaq daraq arxası sümüyünü qırdı və Yaponiyanın əlavə vaxtda Avstraliyaya qalib gəldiyi final oyununda iştirak edə bilmədi.

Kaqavanın adə 2013 FIFA Konfederasiyalar Kuboku üçün Yaponiyanın 23 nəfərlik heyətinə əlavə olundu və o, İtaliyaya 4-3 hesabı ilə məğlub olduqları qrup oyunundda komandasının ikinci qolunun müəllifi oldu. O, 2014-cü ildə keçirilmiş Dünya Kuboku üçün Yaponiya millisinə çağırılmışdı, amma Yaponiya turniri qrup mərhələsində başa vurmalı oldu.

2015 Asiya Kubokunda Kaqava Yaponiyanın İordaniyanı 2-0 hesabı ilə məğlub etdiyi qrup mərhələsi oyununda ikinci qolun müəllifi oldu. Kaqava həmçinin oyunun futbolçusu seçildi. Kaqava 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərinə qarşı oyunda iştirak etdi. Əsas və əlavə vaxtı 1-1 hesabı ilə başa çatan görüş penaltilər seriyasına qədər uzandı və bu mərhələdə Yaponiya 5-4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.

Oyun tərzi Texnikalı və yaradıcı oyunçu olan Kaqava əsasən oyunqurucu rolunda oynayan hərtərəfli hücumameyilli yarımmüdafiəçidir. O, həmçinin sağ və sol cinahda da oynaya bilir. Kaqava topla soyuqqanlı davranır və ötürmə və qərarvermə zamanı intizamlı olur. O, həm topla, həm də topsuz olarkən hücumameyilli oyun göstərir. Onun ən yaxşı keyfiyyətləri kimi cəldlik, ötürmə intizamı, yaradıcılığı, hücuma çıxmağı və həlledici ötürmələri vermə bacarıqlarını göstərmək olar. O, kifayət qədər sürətlidir və özü hücum təşkil edib qol vura bilir. Milli komandasının heyətində bəzən sol cinah yarımmüdafiəçisi və ya hücumameyilli yarımmüdafiəçi kimi oynayır.

Karyera statistikası Klub 6 dekabr 2015 məlumatları.

KlubMövsümLiqaLiqaKubokLiqa KubokuQitəBaşqaBura digər yarışlar, DFL Superkuboku və İngiltərə Milli Futbol Superkuboku oyunları daxildir.CəmiOyunQollarOyunQollarOyunQollarOyunQollarOyunQollarOyunQollarSerezo Osaka2006Yapon Liqası Divizyon 2000000——00200735512———3672008351600———35162009442700———44272010Yapon Liqası Divizyon 1117—10——127Cəmi125551210——12757Borussiya Dortmund2010–11Bundesliqa18820—84—28122011–12311353—61104317Cəmi492173—145107129Mançester Yunayted2012–13İngiltərə Premyer Liqası206300030—2662013–14180102080103002014–15000010——10Cəmi386403011010576Borussiya Dortmund2014–15Bundesliqa28551—50—3862015–1615411—63—228Cəmi43962—113—6014Karyera cəmi255911874036820315106

Beynəlxalq qollar Nəticə və hesabda Yaponiyanın qolları birinci göstərilib Beynəlxalq qollar # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1 9 oktyabr 2008 Niiqaata stadionu, Niiqata, Yaponiya Birləşmiş Ərəb Əmirlikləri 1–0 1–1 Yoldaşlıq 2 4 fevral 2009 Milli Olimpiya Stadionu, Tokio, Yaponiya Finlandiya 3–0 5–1 Yoldaşlıq 3 4 sentyabr 2010 Nissan stadionu, Yokohama, Yaponiya Paraqvay 1–0 1–0 Yoldaşlıq 4 21 yanvar 2011 Əl-Gharaffa stadionu, Doha, Qətər Qətər 1–1 3–2 2011 Asiya Kuboku 5 2–2 6 10 avqust 2011 Saporo Dom, Saporo, Yaponiya Cənubi Koreya 1–0 3–0 Yoldaşlıq 7 3–0 8 11 oktyabr 2011 Naqai stadionu, Osaka, Yaponiya Tacikistan 4–0 8–0 2014 FİFA Dünya Kuboku seçmə mərhələ 9 7–0 10 23 may 2012 Şizuka stadinu, Fukuroy, Yaponiya Azərbaycan 1–0 2–0 Yoldaşlıq 11 8 iyun 2012 Saitama 2002 stadionu, Saytama, Yaponiya İordaniya 4–0 6–0 2014 FİFA Dünya Kuboku seçmə mərhələ 12 12 oktyabr 2012 Stad de Frans, Paris, Fransa Fransa 1–0 1–0 Yoldaşlıq 13 26 mart 2013 Kral Abdullah stadionu, Amman, İordaniya İordaniya 1–2 1–2 2014 FİFA Dünya Kuboku seçmə mərhələ 14 20 iyun 2013 Pernambuko Arena, San Lourensu da Mata, Braziliya İtaliya 2–0 3–4 2013 FİFA Konfederasiyalar Kuboku 15 14 avqust 2013 Miyaqi stadionu, Rifu, Yaponiya Uruqvay 1–3 2–4 Yoldaşlıq 16 10 sentyabr 2013 Saitama 2002 stadionu, Saytama, Yaponiya Qana 1–1 3–1 Yoldaşlıq 17 5 mart 2014 Milli Olimpiya Stadionu, Tokio, Yaponiya Yeni Zelandiya 2–0 4–2 Yoldaşlıq 18 2 iyun 2014 Raymond Ceyms Stadionu, Tampa, ABŞ Kosta-Rika 2–1 3–1 Yoldaşlıq 19 7 iyun 2014 Raymond Ceyms Stadionu, Tampa, ABŞ Zambiya 2–2 4–3 Yoldaşlıq 20 20 yanvar 2015 Melburn Düzbucaqlı Stadionu, Melburn, Avstraliya İordaniya 2–0 2–0 2015 Asiya Kuboku 21 3 sentyabr 2015 Saitama 2002 stadionu, Saytama, Yaponiyaa Kamboca 3–0 3–0 2018 FİFA Dünya Kuboku seçmə mərhələ 22 8 sentyabr 2015 Azadi Stadionu, Tehran, İran Əfqanıstan 1–0 6–0 2018 FİFA Dünya Kuboku seçmə mərhələ 23 3–08 sentyabr 2015 məlumatları

Uğurları Klub Borussiya Dortmund Bundesliqa: 2010–11, 2011–12 DFB Superkuboku: 2011–12

Mançester Yunayted İngiltərə Premyer Liqası: 2012–13 İngiltərə Milli Futbol Superkuboku: 2013

Beynəlxalq Yaponiya Asiya Kuboku: 2011

Şəxsi Yapon Liqa Divizyon 2 Ən Məhsuldar Oyunçu:: 2009 Avropa İdman Mediyası Mövsümün Avropa Komandası: 2011–12 Asiya Beynəlxalq İlin Futbolçusu mükafatı: 2012

İstinadlar

Xarici keçidlər

ESPN Soccernet Profili

Kateqoriya:Yaponiya futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Hyoqo prefekturasında doğulanlar Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Yaponiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:J2 Liqa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Yaponiya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular