right|thumb|Nobel mükafatı laureatları qızıl medal ilə yanaşı diplom (2012-ci ildən) və 8 milyon SEK (təxminən 1.2 milyon dollar, 0.93 milyon avro) alırlar. Nobel mükafatları (, ) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.

İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi. 2008-ci ildə qaliblər 10 000 000 İsveç kronu məbləğində mükafat ilə təltif olunublar. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.

2011-ci il etibarilə, 20 təşkilat və 69 iqtisadiyyat sahəsində mükafat alanlar da daxil olmaqla, cəmi 826 şəxs və təşkilata mükafat verilmişdir. Dörd Nobel mükafatı laureatına bu mükafatı əldə etməsinə hökumətləri tərəfindən icazə verilməyib. Almaniyada Adolf Hitler hökuməti Riçard Kun (kimya, 1938), Adolf Butenandt (kimya, 1939) və Gerhard Domaqkın (fiziologiya və ya tibb, 1939) mükafat almasına icazə verməyib. 1958-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternak isə Sovet İttifaqının təzyiqi ilə mükafatı rədd etməyə məcbur olub. Fransız yazıçısı Jan Pol Sartr 1964-cü ildə ona verilən Ədəbiyyat üzrə Nobel mükafatı da daxil olmaqla, həyatı boyu ona verilən bütün mükafatları rədd edib.The Nobel Foundation (1964). "Minnen, bara minnen" (ISBN 9100571407) from year 2000 by Lars Gyllensten (page 282) 1973-cü ildə "Vyetnam münaqişəsinin həlli istiqamətində birgə fəaliyyətə görə" Şimali Vyetnamın siyasi xadimi Le Dık Tho və ABŞ-nin dövlət katibi Henri Kissincer Nobel sülh mükafatına layiq görüldülər. Lakin Le Dık Tho Vyetnamda əsl sülhün əldə olunmadığını əsas gətirərək, mükafatdan imtina etdi.

Bu günə qədər altı şəxs və ya təşkilat Nobel mükafatını bir dəfədən çox qazanmağa nail olmuşdur. Bunların içində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı üç Nobel sülh mükafatı ilə birinci yeri tutur. 826 Nobel mükafatı qazanandan 43-ü qadındır; 1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb. 1940 və 1942-ci illər aralığında qəfil İkinci dünya müharibəsinin başlanması səbəbindən Nobel mükafatlarının verilməsinə fasilə verilmişdir.

Laureatların siyahısı İlFizikaKimyaFiziologiya və tibbƏdəbiyyatSülhİqtisadiyyat 1901 — 1902 — 1903 — 1904Beynəlxalq Hüquq İnstitutu — 1905 — 1906 — 1907 — 1908 — 1909 — 1910Beynəlxalq Sülh Bürosu — 1911 — 1912 — 1913 — 1914 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1915 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1916 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1917 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyibBeynəlxalq Qırmızı Xaç Komitəsi — 1918 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1919 Mükafat bu il heç kəsə verilməyib — 1920 — 1921 Mükafat bu il heç kəsə verilməyib — 1922 — 1923 Mükafat bu il heç kəsə verilməyib — 1924 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1925 Mükafat bu il heç kəsə verilməyib — 1926 — 1927 — 1928 Mükafat bu il heç kəsə verilməyib — 1929 — 1930 — 1931 Mükafat bu il heç kəsə verilməyib — 1932 Mükafat bu il heç kəsə verilməyib — 1933 Mükafat bu il heç kəsə verilməyib — 1934 Mükafat bu il heç kəsə verilməyib — 1935 Mükafat bu il heç kəsə verilməyib — 1936 — 1937 — 1938Beynəlxalq Nansen Təşkilatı — 1939 Mükafat bu il heç kəsə verilməyib — 1940 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1941 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1942 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1943 Mükafat bu il heç kəsə verilməyib Mükafat bu il heç kəsə verilməyib — 1944Beynəlxalq Qırmızı Xaç Komitəsi — 1945 — 1946 — 1947Cəmiyyət xidmətində Dostlar ŞurasıCəmiyyət xidmətində Amerika Dostlar Komitəsi — 1948 Mükafat bu il heç kəsə verilməyib — 1949 — 1950 — 1951 — 1952 — 1953 — 1954Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı — 1955 Mükafat bu il heç kəsə verilməyib — 1956 Mükafat bu il heç kəsə verilməyib — 1957 — 1958 — 1959 — 1960 — 1961 — 1962 — 1963Beynəlxalq Qırmızı Xaç KomitəsiQırmızı Xaç Cəmiyyətləri Liqası — 1964 — 1965BMT Uşaq Fondu — 1966 Mükafat bu il heç kəsə verilməyib — 1967 Mükafat bu il heç kəsə verilməyib — 1968 — 1969Beynəlxalq Əmək Təşkilatı 1970 1971 1972 Mükafat bu il heç kəsə verilməyib 1973 1974 1975 1976 1977Beynəlxalq Əfv 1978 1979 1980 1981Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 1982 1983 1984 1985Nüvə Müharibəsi Əleyhinə Dünya Həkimləri Hərəkatı 1986 1987 1988BMT Sülhməramlı Qüvvələri 1989Con Maykl Bişop 1990 1991 1992 1993 1994 1995 1996 1997Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Hərəkat 1998 1999Sərhədsiz Həkimlər 2000 2001Birləşmiş Millətlər Təşkilatı 2002 2003 2004 2005Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2006Qremin Bankı 2007;İqlim Dəyişikliyi üzrə Beynəlxalq Mütəxəssislər KomissiyasıAlbert Qor 2008 2009 2010 2011 2012Avropa İttifaqı 2013Kimyəvi silahların qadağan olunması təşkilatı 2014 2015Tunis Milli Dialoq Kvarteti 2016 2017 2018 Corc Smit Mükafat bu il heç kəsə verilməyib 2019 2020 2021 2022 2023 2024 2025 İlFizikaKimyaFiziologiya və tibbƏdəbiyyatSülhİqtisadiyyat

Qeydlər Dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələr. 1938 və 1939-cu illərdə Almaniya hökuməti Riçard Kun (kimya, 1938), Adolf Butenandt (kimya, 1939) və Gerhard Domaqkın (fiziologiya və ya tibb, 1939) mükafat almasına icazə verməyib. Onlar sonradan Nobel mükafatının diplomu və medalı ilə təltif olunublar, pul mükafatını isə qəbul etməyiblər. 1948-ci ildə Nobel sülh mükafatı heç kəsə verilməmişdir. Nobel Fondunun internet saytında mükafatın Mahatma Qandiyə veriləcəyini, lakin həmin ilin əvvəllərində ona sui-qəsd edildiyindən mükafatın keç kəsə verilmədiyi bildirilir. 1958-ci ildə Rusiyalı şair və yazıçı Boris Pasternak Sovetlər İttifaqı hökumətinin təzyiqi nəticəsində, Ədəbiyyat üzrə Nobel mükafatını rədd etməyə məcbur olub. 1964-cü ildə Jan Pol Sartr Ədəbiyyat üzrə Nobel mükafatından imtina edib. O, bu addımını hansısa ictimai instituta borclu qalmamaq və öz müstəqilliyini şübhə altına qoymaq istəmədiyinə görə atdığını bəyan edib. 1973-cü ildə Le Dık Tho Nobel sülh mükafatından imtina edib. İmtinaya səbəb kimi isə Vyetnamda hələ də əsl sülhün əldə olunmadığını əsas gətirib. 2010-cu ildə Lyu Syaobo Çin hökuməti tərəfindən 11 il müddətinə həbs cəzasına məhkum edildiyinə görə, Nobel sülh mükafatını ala bilməyəcəyini və onun əvəzinə mükafatı almaq üçün heç kəsin olmadığını bildirib. Nobel sülh mükafatını təqdim edən komitənin sədri Tornbyorn Yaqland bildirib ki, Syaobo və ya onun yaxın qohumlarından kimsə mükafatı götürənədək onu komitədə saxlayacaqlar.

Həmçinin bax Alfred Nobel "Nobel" mükafatı Ölkələrinə görə Nobel mükafatı laureatlarının siyahısı Nobel mükafatı laureatı qadınların siyahısı Müsəlman Nobel mükafatı laureatlarının siyahısı Xristian Nobel mükafatı laureatlarının siyahısı Yəhudi Nobel mükafatı laureatlarının siyahısı

İstinadlar Ümumi

Xüsusi

Xarici keçidlər

İsveç Kral Elmlər Akademiyasının Rəsmi Veb Saytı Nobel Fondunun Rəsmi Veb Saytı Nobel Mükafatı Laureatlarının Yüklənilən Məlumat Bazası

Kateqoriya:Nobel mükafatı Kateqoriya:Nobel mükafatı laureatları