Vilyam Henri Breqq (; ) — britaniyalı fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi.Da C. Andrade E. N. & Lonsdale K. 1943. William Henry Bragg. 1862–1942. Obituary Notices of Fellows of the Royal Society 4 (12): 276. Breqq 1915-ci ildə oğlu Vilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı.Bu hələ də unikal nailiyyətdir, çünki başqa valideyn-övlad cütlüyü heç bir sahədə Nobel mükafatını eyni ilə qazanmayıb. Bəzi hallarda valideynin mükafatı qazanmağından bir neçə il sonra övladı da qazanıb. Buna misal olaraq Mariya Küri və İren Yoliot-Kürini göstərmək olar. Onlar mükafat qazanan yeganə ana və qız cütlüyüdür. Bir neçə halda ata və oğullar bu mükafatı ayrılıqda qazanıb.
Adelaida 1885-ci ildə Vilyam Henri Breqq 23 yaşında olarkən Adelaida Universitetinin Riyaziyyat və Tətbiqi Fizika üzrə Tomas Elder Professoru təyin olundu.Bragg Centenary, 1886–1986 , Adelaida Universiteti, səhifə 3 & 4. və 1886-cı ilin əvvəlində orda işləməyə başladı.
Breqq bacarıqlı və mühazirəçi idi.Tomlin S. G. 1979. Australian Dictionary of Biography. Bragg, Sir William Henry (1862–1942) Breqq 1907-ci ildə London Kral Cəmiyyətinə seçilmişdi.
Lids Breqq 1908-ci ilin sonunda İngiltərəyə qayıtdı və bir il sonra — 1909-cu ildə Lids Universitetində Fizika üzrə Kavendiş Professoru adına yiyələndi. O, 1912-ci ildə radioaktivlik üzrə vacib elmi işini "Radioaktivlik tədqiqatları"nı tamamladı.
Breqq Rentgen şüası spektrometrini kəşf etdi və oğlu ilə birgə işləməyə başladı. Onlar birlikdə Rentgen şüasının kristalloqrafiyası texnikasını yaratdılar. Bu nailiyyətlərinə görə onlar 1915-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldülər. Həmin il həmçinin onlar "Rentgen şüaları və kristal struktur" kitabını nəşr etdirdilər. Uzun illər bu nəşr dəyişdirilmədi.
1914-cü ildən ata və oğul müharibə gərginliyinə töhfə verdilər; Breqq Aberdorda və Harviçdə sualtı qayığı müəyyən etmə ilə məşğul olurdu və 1918-ci ildə admirallığa məsləhətçi kimi Londona qayıtdı.
London Universitet Kolleci Breqq 1915-ci ildə London Universitet Kollecində Fizika üzrə Qvayn professoru təyin olundu.
Kral İnstitutu 1923-cü ildən o Kral İnstitunda Kimya üzrə Fulleriyan Professoru idi və həmçinin Davi Faradey Tədqiqat Laboratoriyasının direktoru vəzifəsində çalışırdı. Bu institut Breqqin rəhbərliyi altında 1929–30-cu illərdə yenidən quruldu və çoxlu əhəmiyyətli sənədlər laboratoriyadan dövriyyəyə buraxıldı.
İstinadlar
Xarici keçidlər
Lids Universitetindən məlumat Fullerian professorluğu Nobelprize.org – 1915-ci ild Fizika üzrə Nobel mükafatı Nobel bioqrafiyası
Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Britaniya fizikləri