Moris Bukay (, ; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı.

Həyatı Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir.

1945-1982-ci illərdə qastroenteroloq işləmişGalegroup Biography Resource Center, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdurNew York Times review of Mummies of the Pharaohs: Modern Medical Investigations by Maurice Bucaille..

İncil, Quran və elm 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi"Episode 3: The Islamic world is witnessing a trend for seeking 'scientific miracles' in the Qur’an"..

Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir. Bukay belə nəticəyə gəlir ki, Quran həqiqətən də Allah kəlamıdır.

Bukayın iddiasına görə, Əhdi-Ətiq çoxsaylı tərcümələr və düzəlişlər səbəbindən təhrif olunub, çünki o şifahi şəkildə ötürülüb.

Bukailleizm Bukailleizm — müasir elmin Quranla ziddiyyət təşkil etmədiyi, "Quranda böyük partlayış, kosmik səyahətlər və müasir elmi kəşflərin xəbər verildiyinə" inamı ifadə edən termindirExplorations in Islamic science Ziauddin Sardar, (1989), retrieved 28 March 2011.

The Wall Street Journal fərz edir ki, bukailleizm "müəyyən mənada xristianlıqdakı kreasionizmin müsəlman analoqudur", lakin "kreasionizm müasir elmi kəşflərin bir çoxunu inkar etsə də, bukailleizm onları da əhatə edir"

Kitabları What is the Origin of Man? Islamic Book Service, 2005 — P. 228. (ISBN 81-7231-293-8) La Bible, le Coran et la Science : Les Écritures Saintes examinées à la lumière des connaissances modernes, Seghers 1976, (ISBN 978-2-221-50153-5), Pocket 2003, (ISBN 978-2-266-13103-2) La bible, le coran et la science (The Bible, the Qur’an, and Science : The Holy Scriptures Examined in the Light of Modern Knowledge), traduit par Alistair D. Pannell, 7e édition, TTQ, Inc., 2003 (ISBN 1-879402-98-X). Les Momies des pharaons et la médecine, Séguier, 1987 (ISBN 2-906284-47-5). Mummies of the Pharaohs: Modern Medical Investigations by Maurice Bucaille. Translated by Alastair D. Pannell and the author. Illustrated. 236 pp. New York: St. Martin’s Press. Réflexions sur le Coran, Seghers, (Reflections on the Koran) 1989 (ISBN 2-232-10148-7). L’homme d’où vient-il? Les réponses de la science et des Écritures Saintes (Man where is he coming from? The responses of science and Scripture), Seghers, 1980 7ème éd.(ISBN 2-221-00781-6). Moïse et Pharaon ; Les Hébreux en Egypte ; (Moses and Pharaoh, The Hebrews in Egypt) Quelles concordances de Livres saints avec l’Histoire, Seghers, 1995 (ISBN 2-232-10466-4). Moïse et l’Exode. Confluent éd., Paris 1996

İstinadlar <references>

Ədəbiyyat Encyclopaedia of the history of science, technology, and medicine in non-western cultures Helaine Selin, retrieved 28 March 2011 An illusion of harmony: science and religion in Islam (2007) Taner Edis, retrieved 28 March 2011

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:19 iyulda doğulanlar Kateqoriya:1920-ci ildə doğulanlar Kateqoriya:17 fevralda vəfat edənlər Kateqoriya:1998-ci ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa müsəlmanları Kateqoriya:İslamla əlaqəli mübahisələr Kateqoriya:XX əsr Fransa yazıçıları