Çurki adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunus yarımadası arasında yerləşir. Şərqində Yal adası yerləşir. Düzən relyefə malikdir. Abşeron arxipelaqının tərkib hissəsinə daxildir. Okean səviyyəsindən −28 metr aşağıda yerləşir.

İstinadlar

Kateqoriya:Abşeron arxipelaqı Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Azərbaycan adaları