Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.
Tarixi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır."Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarı. edu.gov.az
11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
İstinadlar
Kateqoriya:Gəncə kollecləri Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:3 fevralda yarananlar