— 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi 9 sentyabr 2016-cı ildə buraxılmışdır.
Oyunun manqa adaptasiyası Saraçi Yomi tərəfindən hazırlanmış və 26 sentyabr 2009-cu ildə "Media Factory"-nin "Monthly Comic Alive" manqa jurnalında nəşr olunmağa başlanmışdır. Kenci Mizuta tərəfindən çəkilmiş ikinci manqa seriyasının serializasiyasına 28 dekabr 2009-cu ildə "Mag Garden"-in "Monthly Comic Blade" jurnalında başlanılmışdır. Manqa Amerikada Udon Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Oyunun White Fox studiyası tərəfindən istehsal olunmuş anime adaptasiyası 6 avqust 2011-ci ildən 14 sentyabr 2011-ci ilə qədər Yaponiyada göstərilmişdir və Funimation Entertainment tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tammetrajlı anime isə Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. Oyunun fan diski — "Steins;Gate: Hiyoku Renri no Darling" 6 iyun 2011-ci ildə satışa buraxılmışdır. Bu oyunun 8-bitlik davam oyunu "Steins;Gate: Hen'i Kuukan no Octet" 28 oktyabr 2011-ci ildə yayımlanmışdır. Digər oyunlar — "Steins;Gate Kōsoku no Phenogram" 25 aprel 2013-cü ildə, "Steins;Gate 0" (PS3, PS4 və PS Vita üçün) 10 dekabr 2015-ci ildə yayımlanmışdır.
Geympley thumb|"Steins;Gate" oyunundakı "tətik sistemi"ni təcəssüm etdirən skrinşot. Oyunçu göy hiperkeçidlərdən birini seçərək mesaja cavab verə bilər.
"Steins;Gate"-in geympleyi oyunun çox hissəsində oyunçudan çox az qarşılıqlı təsir tələb edir. Oyunçu oyunu oynarkən vaxtının çoxunu ekranda müxtəlif personajlar arasındakı dialoqları və personajların şəxsi fikirlərini oxumaqla keçirir. Digər bir çox vizual romanlarda olduğu kimi, "Steins;Gate" oyununda da istifadəçiyə oyunun istiqamətini dəyişməyə imkan verən seçimlər təqdim olunur.
Qərar vermə anlarında oyunçuya adlı sistem nümayiş etdirilir. Bu sistem "Chaos;Head" vizual romanındakı "sayıqlama tətiyi" sisteminə oxşayır. Oyunçu hər hansı şəxsdən telefon zəngi qəbul edəndə, verəcəyi cavabı seçə və cavab verməkdən imtina edə bilər. Daxil olan mesajlarda brauzerlərdəki hiperkeçidlərə bənzər altından xətt çəkilmiş və göy rənglə vurğulanan spesifik sözlər var. Oyunçu bu sözlərdən birini seçərək mesaja cavab verə bilər. Oyunda oyunçunun həyəcanlı anlar yaşamasına səbəb olan müyyən nöqtələr olsa da, telefon zənglərinin və mesajlarının çoxuna cavab vermək məcbur deyil. Oyunçunun telefon zənglərinə və mesajlarına verdiyi cavablardan asılı olaraq, süjet spesifik istiqamətdə inkişaf edir.
Süjet
Qurma və mövzular "Steins;Gate"-də hadisələr "Chaos;Head"-da baş verən hadisələrdən təxminən 1 il sonra — 2010-cu ilin yayında Akihabarada baş verir. Oyundakı yer alan yerlərdən biri "Kaikan" radio binasıdır. "Steins;Gate"-in yaradılmasına başçılıq edən Çiyomaru Şikuraya görə Akihabara bölgəsinin seçilməsinin əsas səbəbi bu yerdə metal hissələrinin asan tapılması idi. Buna görə də bura ixtiraçılıqla maraqlanan şəxslər üçün ideal yer idi. Zaman və zaman səyahəti anlayışları oyunun əsas mövzularıdır. Səbəbiyyət oyunda önə çəkilmiş konseptdir. Oyunun əsas qəhrəmanları gələcəkdə baş verəcəklərin qarşısını almaq üçün dəfələrlə keçmişə səyahət etməli olurlar.
Əsas personajlar
Rintaro Okabe "Steins;Gate" franşizinin əsas personajıdır. Okabe qeyri-adi adamdır, özünü çılğın elm adamı adlandırır, çox vaxt psevdonimindən istifadə edir. Mayuri və Daru onu ad və soyadının ilk hecalarından ibarət adı ilə çağırırlar. O, Akihabarada yerləşən qurucusudur və vaxtının çoxunu orada keçirir. Laboratoriyanın 001 nömrəli və ilk üzvüdür. Özünü paranoid kimi göstərir, daim "Təşkilat" adlandırdığı hansısa qurumun onu izlədiyini düşünür, telefonla öz-özünə danışır, tez-tez şeytan qəhqəhəsindən istifadə edir. Özünü çoxbəyənmiş, lovğa kimi göstərir. Adətən laboratoriya önlüyü ilə görünür. Zaman səyahəti üzərində təcrübələr apararkən Okabe öyrənir ki, o, müxtəlif zaman xətləri arasındakı fərqləri ayırd edə bilən yeganə şəxsdir. O, malik olduğunu bu qabiliyyəti "Reading Steiner" adlandırır. 18 yaşı var və Tokyo Denki Universitetində təhsil alır.
Kurisu Makise seriyanın əsas qadın personajıdır. Laboratoriyanın 004 nömrəli üzvüdür. O, sinir sistemi üzrə tədqiqatlar aparan 18 yaşlı alimdir, ABŞ universitetlərinin birində təhsil alır, ingiliscə yaxşı oxuya və danışa bilir. Onun akademik məqalələri "Science" jurnalında çap olunub, buna görə tanınmış alimdir. ABŞ-də məktəb təhsili almamışdır. Okabe ona müxtəlif ləqəblər taxmışdır və onu çox vaxt bu ləqəblərlə çağırır: , , "eksprementləri sevən pozğun dahi qız", "Zombi", "Seleb Sev", "@channeler" və s. Bu ləqəblər həmişə onu əsəbləşdirir. Kurisu tsunderedir, lakin bunu etiraf etməkdən utanır, onu belə çağıranda (xüsusilə Daru) tsundere olmadığını təkidlə bildirir. Atası ilə yola getmir və onunla illərdir danışmır. Onun @channel istifadəçi adı (oyunun dünyasında 2channel-in bir versiyası) "KuriGohan and Kamehameha"dır. Bu istifadəçi adı "Robotics;Notes" animesinin doqquzuncu seriyasında Kayto Yaşionun PokeCom tabletində kameo etmişdir.
Mayuri Şiina Okabe Okabenin uşaqlıqdan yaxın dostudur və bir az saf qızdır. Laboratoriyanın 002 nömrəli üzvüdür. Mayuri kospley olmağı çox sevir, "Mayqueen Nyannyan" pişxidmət restoranında işləyir. O, özünü çox vaxt ad və soyadının ilk hecalarından ibarət adı ilə çağırır. Daru da ona bu adla xitab edir. Mayurinin maraqlı danışıq tərzi var, hər dəfə özünü təqdim edəndə deyir. Bir neçə il əvvəl o, nənəsini naməlum şərtlər altında itirmişdir və Okabe onu kədərdən xilas etmək üçün onu "əsir"i elan etmişdir. Beləliklə, Okabe Mayurinin xatirinə Kyoma Hooin şəxsiyyətini formalaşdırmışdır. Onun 16 yaşı var və universitetə hazırlıq məktəbində təhsil alır.
İtaru Haşida təcrübəli hakerdir. Okabe ilə İtaru orta məktəbdən tanışdırlar. Laboratoriyanın 003 nömrəli üzvüdür. O, kompüter proqramları, keçmiş və yeni kompüter avadanlıqları ilə işləmək üzrə təcrübəlidir. O, həmçinin otaku mədəniyyətinə aid olan şeylərə yaxşı vaqifdir. Okabe və Mayuri ona çox vaxt ad və soyadının son hecalarından ibarət adı ilə xitab edirlər. Okabe adətən ona "haker" əvəzinə səhvən adı ilə çağırır, bu isə Darunun acığına səbəb olur. Daru Feyrisin böyük fanatıdır və addımbaşı elə şeylər deyir ki, dedikləri seksual məna ifadə edir. Daru həmişə Okabenin çılğın fikirlərindən bezir. Onun 19 yaşı var və Okabe kimi Tokyo Denki Universitetində təhsil alır. "Robotics;Notes" animesində DaSH kimi peyda olmuşdur. thumbnail|Franşizin baş qəhrəmanı Rintaro Okabe və ya qısaldılmış adı ilə Okarin.
Moeka Kiryu hündür və gözəl qızdır. Okabe onunla Akihabarada təsadüfən rastlaşmışdır. O da IBN 5100 kompüterinin axtarışındadır. Laboratoriyanın 005 nömrəli üzvüdür. Moeka öz mobil telefonuna çox bağlıdır, kimsə telefonunu əlindən almaq istəyəndə təşvişə düşür. Moeka çox dinc və sakit qızdır. Hətta qarşısında olsa belə, insanlarla mesajlaşaraq ünsiyyət qurur, çünki mesajlaşmağın birbaşa danışmaqdan daha asan olduğunu fikirləşir. Telefondan çox istifadə etdiyinə görə Okabe ona ləqəbini taxmışdır. Onun 20 yaşı var.
Luka Uruşibara Okabenin dostudur. Laboratoriyanın 006 nömrəli üzvüdür. Onun görünüşü qız kimidir, qız kimi hərəkət edir, həm atasının məbədində, həm də başqa yerlərdə qız kimi geyinir. Əslində isə oğlandır. O həmçinin Şiinanın yaxın dostu və sinif yoldaşıdır. Şiina həmişə ona kospley olmağı təklif edir, amma Luka həmişə bundan utanır və imtina edir. Lukanın Okabeyə qarşı sevgi hisləri var. Okabe onu ləqəbi ilə çağırır və onu şagirdi hesab edir. Onun 16 yaşı var. Hekayənin gedişində Okabenin düşdüyü zaman xətlərinin çoxunda Luka qızdır. Lakin Okabe səhvlərini düzəldib α zaman xəttinə qayıtdıqdan sonra Luka yenidən oğlan formasına qayıtmışdır.
/
Feyris Nyannyan Şiinanın da işlədiyi "Mayqueen Nyannyan" pişxidmət restoranında işləyir və buranın ən məşhur qadın ofisiantıdır. Laboratoriyanın 007 nömrəli üzvüdür. Əsl adı Rumiho Akihadır. Ailəsi Akihabara bölgəsinin sahibidir və Feyris buranı anime və moe bölgəsinə çevirməyi təklif etmişdir. Danışan zaman cümlələrinin sonuna həmişə sözünü əlavə edir. 17 yaşı var.
Suzuha Amane Okabenin qaldığı evin sahibinin dükkanında yarıvaxtlı işləyən qızdır və Akihabarada atasını axtarır. Laboratoriyanın 008 nömrəli və sonuncu üzvüdür. Suzaha özünü döyüşçü adlandırır, buna görə də Okabe ona "Yarıvaxtlı döyüşçü" ləqəbini taxmışdır. Velosiped sürməyi sevir və bəzi səbəblərə görə Makise ilə yola getmir. Daha sonra məlum olur ki, Suzuha əslində zaman səyahətçisidir, 2036-cı ildən gəlib, Con Taytor kimi özünü təqdim edib. Darunun gələcəkdəki qızıdır, əsl adı . 18 yaşı var. "Steins;Gate: Bōkan no Rebellion" manqasının əsas müsbət personajıdır.
Okabenin qaldığı və laboratoriyanın yerləşdiyi evin sahibidir. Okabenin evinin altında onun televizor təmiri dükkanı yerləşir. Qızı Nae ilə yaşayır. "Braun televizorları"na olan sevgisində görə Okabe ona çox vaxt "Mister Braun" adı ilə xitab edir. "Steins;Gate: Onshū no Braunian Motion" manqasının əsas müsbət personajıdır.
Yuqonun qızıdır və atası ilə birlikdə dükkanda yaşayır. Mayuri Şiina ilə yaxşı yola gedir. "Robotics;Notes"-də JAXA-nın üzvü kimi görünmüşdür.
Kurisunun atası və franşizin əsas mənfi personajıdır. Onun əsas məqsədi qızını elm sahəsində ötüb keçməkdir. Bu isə Üçüncü dünya müharibəsinə səbəb olacaqdır. Əsl adı .
Hekayə
Düzgün son Gələcəyin Alətləri Laboratoriyasınınbütün üzvləri001 nömrəli üzv: Rintaro Okabe002 nömrəli üzv: Mayuri Şiina003 nömrəli üzv: İtaru Haşida004 nömrəli üzv: Kurisu Makise005 nömrəli üzv: Moeka Kiryu006 nömrəli üzv: Luka Uruşibara007 nömrəli üzv: Feyris Nyannyan008 nömrəli üzv: Suzuha Amane Aşağıdakı hekayə Düzgün son istiqamətinə əsaslanır və həmçinin animedə istifadə olunan süjet xəttidir.