İnformasiya iqtisadiyyatı–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir.

İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyyətinin elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir.

İnformasiya iqtisadiyyatının istiqamətləri İnformasiya iqtisadiyyatı üç əsas istiqaməti özündə birləşdirir. Birincisi, ənənəvi bilik və informasiya (elmi-tədqiqat, təhsil, kütləvi informasiya vasitələri, müxtəlif konsultasiya xidmətləri və s.) sferasıdır. İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir. Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir.

İstinadlar

Mənbə Корнейчук Б.В. Информационная экономика. Информационные системы управления предприятием в решении задач контроллинга

Həmçinin bax İnformasiya cəmiyyəti Qərarların qəbulu Aktiv idarəçilik Elektron elm

Kateqoriya:İnternet Kateqoriya:İnformasiya cəmiyyəti Kateqoriya:İnformatika Kateqoriya:Sosiologiya

ca:Economia de la informació en:Information economics es:Economía de la información ja:情報経済学 pl:Ekonomia informacji Kateqoriya:İqtisadi nəzəriyyələr