, keçmiş — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi).

Tarix Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur. 1 iyul 2006-cı ildə əsas şirkətin adı Kadokawa Group Holdings olmuşdur. Jurnal nəşriyyatı Kadokawa Magazine Group şirkətinə transfer olunmuşdur. Kadokawa Shoten-in videooyun şirkətləri olan ASCII Media Works və Enterbrain Kadokawa Games adı altında birləşdirilmişdir. Kadokawa Shoten 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.

Filialları Kadokawa Haruki Corporation: 1976-cı ildə film istehsalı şirkəti kimi qurulmuşdur. Daha sonra Kadokawa Shoten ilə birləşmişdir. Haruki Kadokava tərəfindən 12 sentyabr 1995-ci ildə Kadokawa Haruki Corporation nəşriyyata çevrilmişdir. Fucimi Şobo: 1991-ci ildə şirkət Kadokawa Shoten şirkətinə birləşdirilmişdir, amma Kadokawa Shoten şirkətinin filialı kimi fəaliyyət göstərir. The Television: 1993-cü ildə Kadokawa Shoten ilə birləşmişdir. Kadokawa Media Office: 1993-cü ildə Kadokawa Shoten ilə birləşmişdir. Kadokawa J-com media Kadokawa Gakugei Shuppan Publishing: Keçmiş adı Hichō Kikaku idi, 1 aprel 2003-cü ildə indiki adını almışdır. Kadokawa Digix Kids Net Asmik Ace Entertainment Cinema Paradise Taiwan Animate Chara Ani

Jurnallar

Manqa başlıqları

Videooyunlar Nəşr olunmuş Abarenbou Princess Buile Baku (Avropada Detonator kimi tanınır) (KAZe tərəfindən istehsal olunub) Lunar: Silver Star Story Complete Lunar 2: Eternal Blue Complete Sorcerous Stabber Orphen Yōkai Buster: Ruka no Daibōken (Şimali Amerikada The Jetsons: Invasion of the Planet Pirates kimi tanınır) (Sting tərəfindən istehsal olunub) Lodoss Tou Senki (HummingBirdSoft tərəfindən istehsal olunub) (Super Famicom) 1995 Sora no Otoshimono Forte: Dreamy Season (Nintendo DS) 2011 Steins;Gate (PlayStation Portable) 2011 Lollipop ChainsawKiller is DeadRodea the Sky Soldier (Nintendo Wii U) və (Nintendo 3DS)

İstehsal olunmuş EbiKore+ Amagami (PlayStation Portable)Earth SeekerSora no Otoshimono Forte: Dreamy Season (Nintendo DS)Kantai CollectionNatural DoctrineDemon GazeKiller is Dead'' (Microsoft Windows)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya kitab nəşriyyatları Kateqoriya:Tokio şirkətləri Kateqoriya:Kadokawa Corporation Kateqoriya:Manqa distribütorları

Kateqoriya:Yaponiya komiks nəşriyyatları Kateqoriya:1945-ci ildə yarananlar Kateqoriya:1945-ci ildə Yaponiya Kateqoriya:1945-ci ildə yaranan nəşriyyatlar