Nitroplus Co., Ltd. və ya nitro+ — Yaponiya videooyun istehsalı şirkəti. İstehsal etdiyi əsas məhsullar vizual romanlar və eroqelərdir. Şirkət həmçinin TYPE-MOON (digər bir videooyun yaradıcısı) şirkəti ilə əməkdaşlıq edərək "Fate/Zero" adlı ranobe seriyası nəşr etmişdir. Şirkət əsasən qaranlıq mövzulara — ölüm və qətl mövzularına müraciət edir. Şirkətin bir qolu olan Nitro+Chiral şirkəti isə yaoy vizual romanları işləyir. Qen Urobuçi kimi manqa, anime, roman və televiziya əsərləri üzərində işləmiş yazıçılar şirkət ilə əməkdaşlıq edirlər.
Super Soniko Nitroplus tərəfindən keçirilən illik "Nitro Super Sonico" musiqi festivalının 2006-cı ildən talismanıdır. Nitroplus bu festivalı 2000-ci ildən keçirir.
İşlər
5pb. x Nitro+ Chaos;Head (25 aprel 2008) Chaos;Head Noah (26 fevral 2009) Steins;Gate (15 oktyabr 2009) Chaos;Head Love Chu Chu! (25 mart 2010) Robotics;Notes (28 iyun 2012) Chaos;Child (2014) Steins;Gate 0 (10 dekabr 2015) Occultic;Nine (TBA)
DMM x Nitro+ Nitro+ və DMM Corporation Touken Ranbu adlı brazuer oyununu 2015-ci ilin yanvarında yayımlamışdır. 2015-ci ilin martına qədər DMM-nin ən populyar oyunlardan biri olmuşdur. Populyarlığına görə şirkətin ancaq Kantai Collection oyunundan geri qalır.
Nitro+Chiral oyunları Nitro+Chiral yaoy oyunları istehsal edir. Togainu no Chi (25 fevral 2005/29 may 2008) Lamento -Beyond the Void- (10 noyabr 2006) Sweet Pool (19 dekabr 2008) DRAMAtical Murder (23 mart 2012) DRAMAtical Murder re:connect (26 aprel 2013) 25 yanvar 2008-ci ildə bu şirkət CHiRALmori adlı minioyun diski yayımlamışdır.
İstinadlar
Xarici keçidlər
Nitro+Chiral saytı
Kateqoriya:Yaponiya videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:2000-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Tokio şirkətləri Kateqoriya:Tayto