Yavuz Bülənd Bakilər (; ) — Türk şair və yazıçı. Jurnalistika və vəkilliklə məşğul olub.
Həyatı Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında müxbir kimi çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyyə başçısı və millət vəkili namizədi göstərildi. 1975–1976-cı illərdə Baş nazir yanında Torpaq və Kənd Təsərrüfatı İslahatı Katibliyində hüquq müşaviri işləmiş, 1976–1979-cu illərdə Ankara Televiziyasında çalışdıqdan sonra isə 1979–1980-ci illərdə Türkiyə mədəniyyət və turizm nazirinin müavininin köməkçisi olmuşdur. 12 sentyabr çevrilişindən sonra müşavir təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdə xidmətini davam etdirdi. İki il baş nazirin müşaviri vəzifəsində çalışdıqdan sonra 1994-cü ildə təqaüdə çıxdı.
Liseydən məzun olduğu 1953-cü ildə Türk Sənəti dərgisində çıxan ilk şeirinin ardından şeirleri məhəlli jurnal və qəzetlərdə çap olundu. Hisar jurnalının şairləri arasında idi. Uzun müddət Tərcüman və Türkiyə qəzetlərində köşə yazıları yazmışdır. 24 mart 2013-cü ildə "Türkiyə" qəzetindəki vəzifəsindən istefa verdi.
28 sentyabr 2025-ci ildə vəfat edib.
Əsərləri
Şeir kitabları Yalnızlık, (1962) Duvak, (1971) Seninle, (1986) Harman, (2003) Bir Gün Baksam Ki Gelmişsin
Səfər qeydləri Üsküp’ten Kosova’ya (1979) Türkistan Türkistan (1986)
İncələmələri Şiirimizde Ana (1976) Tabuları Yıkmak Sivas'a Şiir (1973) Âşık Veysel (1986) Elçibey Mehmet Akif'te Çağdaş Türkiye İdeali (1990) Sözün Doğrusu 1–2 (2002) Sevgi Mektupları Gidenlerin Ardından Arif Nihat Asya İhtişamı
Xatirələri Unutamadıklarım Gönlümdekiler və Ötekiler Hatırladıklarım
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türk şairlər Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə yazıçıları