Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.93, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.251 qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri»Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, «Elm», 1983. s.431 mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənirСевортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., «Наука», 1974. s.400.
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Əhalisi
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri