Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Tarixi Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdırKirzıoğlu F. Kars tarihi, I cilt, İstanbul, İşil matbası, 1953. s.73, 91–96Seyidov M.Ə. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, "Yazıçı", 1989. s 24–28Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.82–101.

Toponimi Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi"Древнетюркский словарь, Л., "Наука", 1969. s.55, "təpə"Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.56 mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı. Şak (Sak) etnonimindən və qədim türkcə art-"dağlıq ərazi", "aşırım" sözündən ibarətdir.

Əhalisi Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanandan sonra, indiki Ermənistanın başqa bölgələri kimi buraya da Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.80–81, 150–151. SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Loru kəndləri