thumb|28 oktyabr 1940-cı ildə Belçikada qəbul edilmiş anti-yəhudi qanunları haqqında məlumat verən fransızdilli bildiriş. Belçikada holokost () — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi.

Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi.

Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. 1941-ci ilin aprelində Almaniyanın səlahiyyətli şəxslərinin əmri olmadan flamand kollaborasionistlər Antverpen şəhərində iki sinaqoqu çapıb-taladılar və Antverpen qırğınında baş rabbinin evini yandırdılar. Almanlar ölkədə Yudenrat — Belçika Yəhudilərinin Assosiasiyasını (BYA; ) yaratdılar. Yəhudilər bu assosiasiyaya qoşulmağa məcbur idilər. 1942-ci ildəki yəhudi sualının son həllinin bir hissəsi kimi Belçika yəhudilərinin təqibi kəskinləşdi. 1942-ci ilin mayından etibarən yəhudilər ictimaiyyət arasında seçilmək üçün sarı Davud ulduzu taxmalı idilər. BYA-nın tərtib etdiyi qeydlərdən istifadə edərək almanlar yəhudiləri Ümumi Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) həbs düşərgələrinə göndərməyə başladılar. Qeydiyyat siyahılarından seçilən yəhudilər Mexelen tranzit düşərgəsində olmalı idilər. Daha sonra onlar qatarla müxtəlif həbs düşərgələrinə (böyük hissəsi Auşvitzə) göndərildi. 1942-ci ilin avqustundan 1944-cü ilin iyuluna kimi təxminən 25.000 yəhudi və 350 qaraçı Belçikadan deportasiya edildi; həbs düşərgələri müttəfiqlər tərəfindən azad edilənə qədər onlardan 24.000-dən çoxu öldürüldü.

1942-ci ildən başlayaraq ümumi əhalinin içərisində Belçikada yəhudilərə qarşı göstərilən rəftara qarşı əleyhdarlıq gücləndi. İşğalın sonunda Belçika yəhudilərinin 40 %-dən çoxu gizlənirdi; onların çoxu centillər, əsasən isə katolik keşişlər və rahibələr tərəfindən gizlədilmişdi. Bəziləri isə müqavimət təşkilatlarıdan kömək alırdılar. Bu təşkilatlardan biri gizlənmiş yəhudiləri qida və sığınacaq ilə təmin edən Yəhudi Müdafiəsi Komitəsi (YMK; ) idi. Gizlənmiş yəhudilərin çoxu silahlı müqavimətə qoşuldu. 1943-cü ilin aprelində YMK Auşvitz həbs düşərgəsinə gedən İyirminci qatar hücum edərək deportasiya olunmaqda olan yəhudilərin bir hissəsini xilas edə bilmişdi.

Arxaplan

Din və antisemitizm thumb|200px|1875-ci ildə tikilmiş Böyük Brüssel sinaqoqu.

Müharibədən öncə Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Belçika əhalisinin 98 %-i xaç suyuna salınmışdı və evlilik mərasimlərinin təxminən 80 %-i ənənəvi katolik ənənələri ilə keçirilirdi. Siyasətcə də ölkədə Belçika Katolik Partiyası üstünlüyə malik idi.

Belçikada yəhudilərin sayı nisbətən az idi. Birinci Dünya müharibəsindən öncə 8 milyon əhalinin cəmi 10.000 nəfəri yəhudi idi. İki dünya müharibəsi arasındakı dövrdə yəhudilərin Belçikaya miqrasiyası baş verdi. Belçikada yaşayan yəhudilərin sayı 1930-cu ildə 50.000 nəfərə, 1940-cı ildə isə 70–75.000 nəfərə çatmışdı. Miqrasiya edən yəhudilərin böyük hissəsi Nasist Almaniyasından və Şərqi Avropadan antisemitizm və yoxsulluq səbəblərinə görə qaçanlar idilər. Eyni zamanda, Belçikada təxminən 530 nəfər qaraçı yaşayırdı. Miqrant yəhudilərin çox az hissəsi Belçika vətəndaşlığı ala bildi və çoxu fransız və holland dillərini bilmirdilər. Yəhudilərin əsas məskunlaşdığı şəhərlər Antverpen, Brüssel, Şarlerua və Lyej idi. Bu şəhərlərin arasından Antverpen xüsusilə seçilirdi: Belçika yəhudilərinin yarıdan çoxu bu şəhərdə yaşayırdı.

İki dünya müharibəsi arasındakı dövrdə Belçikada faşist Yeni Sistem partiyalarının populyarlığı artmışdı. Ümumilikdə Belçikada Flamand Milli Birliyi, Flandriyada Verdinazo, Valloniyada Reksist partiyası ən əhəmiyyətli faşist partiyaları hesab olunurdular. Bu flamand partiyalar yəhudilərin qovulacağı "Böyük Holland Dövləti"nin () qurulmasını dəstəkləyirdilər. İdeologiyası xristofaşizmə əsaslanan Reksist partiyası müstəsna dərəcədə antisemitik idi. Həm Flamand Milli Birliyi, həm də Reksist partiyası 1938-ci il seçkilərində antisemitik şüarlarla çıxış etdilər. Onların mövqeyi Belçikanın səlahiyyətli şəxsləri tərəfindən pislənirdi, amma III Leopold kimi görkəmli fiqurlar antisemitik mövqe sərgilənməkdə şübhələnirdilər. 1938-ci ilin iyununda qeyri-qanuni yollarla ölkəyə gələn yəhudilərin Belçika polisi tərəfindən yaxalanaraq Almaniyaya deportasiya olunmasına başlandı. 1938-ci ilin noyabrında baş verən "Kristal gecə" () hadisəsindən sonra deportasiya dayandırıldı. 1938-ci ildən İkinci dünya müharibəsinin başlanğıcına qədər Belçikada zəifləyən faşist partiyalarının təsiri altında Belçika daha çox yəhudi qəbul etdi. Bu dövrdə "Sent-Luis" layneri vasitəsilə ölkəyə 215 yəhudi də gəlmişdi.

Alman işğalı

Müharibələrarası dövrdə Belçika yansızlıq nümayiş etdirməyə çalışdı. 1939-cu ildə Belçika ordusunun səfərbərlik edilməsinə baxmayaraq, 10 may 1940-cı ildə Nasist Almaniyası Belçikaya hücum etdi və ölkə müharibəyə daxil oldu. 18 gün davam edən kampaniyanın ardından Belçika ordusu baş komandan III Leopoldla birlikdə 28 mayda Almaniyaya təslim oldu. Belçika Fransanın Nor-Pa-de-Kale bölgəsi ilə birlikdə Belçika və Şimali Fransadakı Hərbi İdarəyə daxil edildi. Hərbi İdarə Vermaxtın bir hissəsini təşkil edirdi. Hərbi İdarə daha sonra Silahlı Qüvvələrin Baş komandanlığının () sərəncamına verildi.

Holokost

Erkən qırğın və təqiblər thumb|1940-cı ilin oktyabrından başlayaraq Belçikada yəhudi ticarət müəssisələrini və mağazalarını fərqləndirmək üçün üçdilli (alman-holland-fransız) lövhələrdən istifadə olunmağa başlandı. 23 oktyabr 1940-cı ildə Alman Hərbi İdarəsi ilk dəfə olaraq anti-yəhudi qanunları qəbul etdi. 1935-ci ildə Almaniyada qəbul edilmiş Nürnberq qanunlarına oxşar olan yeni qanunlar Fransa və Niderlandda tətbiq olunmağa başlayan bənzər qanunlarla eyni vaxtda qəbul edilmişdi. 28 oktyabr qanunları yəhudiləri müəyyən peşələrlə (dövlət işləri də daxil olmaqla) məşğul olmağı qadağan edirdi və yerli bələdiyyədən qeydiyyatdan keçməyə məcbur edirdi. Eyni tarixdə Almaniya hökuməti kimlərin yəhudi kimi nəzərə alındığı barədə tərif verdi. Yəhudilərin sahib olduqları mağazaların və ticarət müəssisələrinin pəncərələrinə işarə qoyulmalı və yəhudilərin sahib olduğu mülklər qeydiyyata alınmalı idi. 1940-cı ilin iyununda artıq Lyej şəhərində yəhudi ticarət müəssisələrinin siyahısı tərtib olunmuşdu.

1940-cı ildə Almaniya hökuməti yəhudi ticarət müəssisələrini ləğv etməyə başladı. Bəzi müəssisələr arianizasiya adlandırılan prosesin bir hissəsi kimi almanların ixtiyarına verildi. 1942-ci ilə qədər yəhudilərin sahib olduğu 6.300 ticarət müəssisəsi ləğv edildi və 600 müəssisə arianizasiya edildi. Zəbt etmədən əldə olunan gəlir gözləniləndən çox az — 600 milyon Belçika frankı idi.

Ümumilikdə, 28 oktyabr 1940-cı ildən 21 sentyabr 1942-ci ilə qədər Hərbi İdarə tərəfindən 17 anti-yəhudi fərmanı verilmişdi.

Belçika Yəhudiləri Assosiasiyası Belçika Yəhudiləri Assosisasiyası () almanlar tərəfindən 1941-ci ilin noyabrından Belçika yəhudilərini idarə etmək üçün yaradılmış Yudenrat idi. Birbaşa almanlar tərəfindən nəzarət edilsə də, BYA yəhudilər tərəfindən idarə olunurdu və "təşkilati getto" rolunu oynayırdı: BYA vasitəsilə almanlar Belçika yəhudiləri ilə bir hissə kimi mübarizə aparırdılar. BYA Belçika yəhudilərinin qeydiyyata alınmasında əhəmiyyətli rola malik idi. Ümumilikdə, BYA tərəfindən 43.000 yəhudi qeydiyyata alındı. Bu rəqəmdə Belçika yəhudilərinin sadəcə yarısı göstərilmişdi və bu, cəmiyyətin təşkilata olan etibarsızlığı əks etdirirdi. Buna baxmayaraq, oberşturmbannführer Adolf Eyxman 1942-ci ilin yanvarında keçiriən Vanzee konfransında Belçikadakı yəhudilərin sayını göstərərkən bu rəqəmə istinad etdi.

Deportasiyalar zamanı BYA-nın üzvü olan təxminən 10.000 yəhudi yaxalandı. SiPo-SD (Sicherheitspolizei und Sicherheitsdienst; "Təhlükəsizlik Polisi və İnformasiya Xidməti") tərəfindən yaxından nəzarət olunan Belçika Yəhudiləri Assosiasiyası Mexelendəki tranzit düşərgənin idarə olunmasında da məsuliyyət daşıyırdı. BYA yəhudiləri deportasiya məsələsində könüllü olmağa inandırmaqda əsas rolu oynayırdı, baxmayaraq ki, yəhudilər deportasiya olunacaq şəxslərin taleyinin mübahisəli olduğunu bilirdilər. 1942-ci ildə BYA-nın lideri Robert Holsinqerə qarşı təşkil olunmuş sui-qəsddən sonra assosiasiyaya olan inam azalmağa, şübhələr isə artmağa başladı.

Müharibədən sonra Belçika Yəhudiləri Assosiasiyasının liderləri holokostda iştirakçılıq ilə ittiham olundular və bəraət qazandılar.

Antverpen qırğını 14 aprel 1941-ci ildə "Ölümsüz yəhudi" filminin nümayişindən sonra Milli Flamand Birliyi, Volksverwering və Algemeene-SS Vlaanderen təşkilatlarından olan yarım-hərbi qüvvələr Antverpen şəhərində qırğın başlatdılar. Dəmir çubuqlarla silahlanmış dəstə şəhərdəki iki sinaqoqa hücum çəkib sinaqoqları yandırdılar və Tövrat əlyazmalarını küçələrə atdılar. Onlar daha sonra şəhərin baş rabbisi Markus Rottenburqun evinə hücum etdilər. Polislər və yanğınsöndürənlər çağırıldı, amma Almaniyanın səlahiyyətli şəxsləri onlara bu işə müdaxilə etməyi qadağan etdilər.

Sarı fərqləndirmə nişanı 150px|thumb|Taxılması 1942-ci ildən icbari olan sarı fərqləndirmə nişanının Belçika versiyası.

İşğal edilmiş Avropanın digər ölkələrində olduğu kimi Belçika yəhudiləri 27 may 1942-ci ildən icbari geyim olan sarı fərqləndirmə nişanı taxmalı idilər. Fərqləndirmə nişanının Belçika versiyasında qara "J" hərfi (fransız dilində "Juif", holland dilində "Jood" sözünün baş hərfi) və mərkəzdə sarı Davud ulduzu təsvir olunmuşdu. İctimaiyyət arasında olarkən nişan elə taxılmalı idi ki, rahatlıqla seçilə bilsin. Bu qaydalara riayət etməyənləri ağır cəzalar gözləyirdi. Qərar Belçikada ictimai qəzəbə səbəb oldu. Böyük risk olsa da, Brüssel və Lyej şəhərində belçikalı səlahiyyətli şəxslər fərqləndirmə nişanları paylamaqdan imtina etdilər və beləliklə, bir çox yəhudilərə gizlənmək üçün vaxt qazandırdılar.

Almaniyanın səlahiyyətli şəxsləri 1940-cı ildə Antverpen şəhərində yəhudiləri fərqləndirmə nişanı geyinməyi məcbur etməyə çalışdı, lakin bu siyasət qeyri-yəhudi vətəndaşların etiraz dalğasından və özləri nişanları taxmasından sonra dayandırıldı.

Deportasiya və məhv etmə 1942-ci ildən almanlar yəhudiləri Arbeitseinsatz ("əməyə cəlb etmə") siyasətindən istifadə edərək Almaniya fabriklərində işlətmək bəhanəsi ilə deportasiya etməyə başladılar. Yəhudilərin təxminən yarısı deportasiya üçün könüllü oldu (baxmayaraq ki, alman səlahiyyətli şəxslər tərəfindən məcbur edilmişdilər), lakin toplama işləri iyul ayının sonlarında başladı. Daha sonra almanlar yəhudilərin yaxalanmasında polislərə bel bağladılar.

Belçikadakı dövlətsiz yəhudiləri daşıyan ilk qatar 4 avqust 1942-ci ildə Mexelen tranzit düşərgəsindən Auşvitz həbs düşərgəsinə yola düşdü. Bu qatarı digərləri izlədi. Bu qatarlar yəhudiləri Şərqi Avropadakı ölüm düşərgələrinə aparırdı. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarına kimi deportasiya müvəqqəti dayandırıldı. Bu vaxta kimi 16.600 nəfər yəhudi 17 qatar səfəri vasitəsilə deportasiya edilmişdi. Belçika kraliçası Elizabetin müdaxiləsi nəticəsində bu ilk deportasiya dalğasında heç bir Belçika vətəndaşı yox idi. 1943-cü ildə deportasiya davam etdirildi. O zamana qədər ölüm düşərgələrinə deportasiyalar başlamışdı, lakin təxminən 2.250 Belçika yəhudisi Şimali Fransada Atlantik divarının tikintisi üzərində işləyən Todt təşkilatında işlədilmək üçün məcburi əməkçi qismində deportasiya edilmişdi.