Hacıkənd — Gəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir.

Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınmışdır. Sonralar indiki Xanlar Şəhərində yaşamış alman kolonistləri burada tikinti-abadlıq işləri apararaq onu oz yaylaq-kurort məskənlərinə çevirmişdilər. Oykonim Hacı (Mirqasımın titulu) və kənd komponentlərindən düzəlib, "Hacının kəndi, Hacının mülkü" deməkdir.

Şərhlər

İstinadlar

Kateqoriya:Kəpəz rayonunun qəsəbələri