Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir.

Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir.

Mənbə Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6). — Bakı: Şərq-Qərb, 2008. — Т. 1. — 448 s. — ISBN 979-9952-448-38-2.

Kateqoriya:Yardımlı rayonunun mağaraları Kateqoriya:Talış tarixi Kateqoriya:Talış mağaraları Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Tarixdən əvvəlki dövrdə Azərbaycan abidələri