300px|thumbnail|XVI əsrə aid Mezoamerika yazısı olan Kodeks Kinqsbroda təsvir olunmuş öldürülən hindi. Hindi soyqırımlarıHasan Celal Güzel, Kızılderili Soykırımı KararıM. Yaşar Şahindoğan, Toplumsal hafızanın dönüştürülmesinde bir araç: sinema, Eğitimin Sesi, sayı 31, sayfa 22 (; ; ) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır.

Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulmasıConstance Cappel (2007). The smallpox genocide of the Odawa tribe at L'Arbre Croche, 1763: the history of a Native American people. Edwin Mellen Press. ISBN 0-7734-5220-6., axtalamaBradford, William C. (2006). "Acknowledging and Rectifying the Genocide of American Indians: 'Why is it That They Carry their Lives on Their Fingernails?'" Metaphilosophy 37 (3-4): 515-543.Johnston, Sharon (1996). The Genocide of Native Americans: A Sociological View, 1996. və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar.Hitchcock & Twedt 1997, səhifə: 547

8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir."An apology from the BIA". tahtonka (Global Culture, Exploring the Humanities of Humans).

Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir:Hutton, Paul Andrew. 1999. Phil Sheridan and His Army. p. 180

Su çiçəyi soyqırımı + Yeni dünyadakı sənədləşdirilmiş su çiçəyi yoluxmalarıWorldwide Epidemics 1999 Genealogy IncİlYerHaqqında 1520–1527 Meksika, Orta Amerika, Cənubi Amerika Milyonlarla hindinin su çiçəyi səbəbindən ölməsi 23 aprel 1520-ci ildə ispan əsgər və səyyahı Panfilo de Narvaezin Verakruza gəlməyi ilə başlamışThe Demon in the Freezer . Randomhouse.com. Retrieved on 2011-12-06. və Ernan Kortesin 1521-ci ildə Astek İmperiyasının paytaxtı olan Tenoktitlana çatması ilə davam etmişdir. Bundan başqa su çiçəyi İnk İmperiyasının imperatoru olan Huayna Capacla birlikdə 200000 inkin ölümünə səbəb olmuş və İnk İmperiyası zəifləmişdir. 1561–1562 Çili Ölənlərin sayı dəqiq olmasa da, 20-25 % hindinin öldüyü təxmin olunur. Alonso de Qonqora Marmolejoya görə mədənlərdə işlədilən çoxlu hindi ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olmuşdur.Alonso de Góngora Marmolejo Historia de Chile desde su descubrimiento hasta el año 1575 . Cervantesvirtual.com. Retrieved on 2011-12-06. 1617–1619 Şimali Amerikanın şimal-şərq sahilləri Massaçusets körfəzi sahilində yaşayan hindilərin 90%-i ölmüşdür. 1674 Çerokilər Ölənlərin sayı dəqiq bilinmir. 1674-ci ildəki sayları təqribən 50000 nəfərdir. 1729, 1738 və 1753-ci illərdəki su çiçəyi yoluxmalarından sonra 25000 nəfərə qədər azaldılar. 1692 Boston 1702–1703 Müqəddəs Lavrenti, Nyu York 1721 Boston 1736 Pensilvaniya 1738 Cənubi Karolina 1770 Şimali Amerikanın qərb sahilləri Şimali Amerikanın qərb sahillərində yaşayan hindilərin 30%-i ölmüşdür. 1781–1783 Böyük göllər 1830 Alyaska 1860–1861 Pensilvaniya 1865–1873 Filadelfiya, Nyu York, Boston, Nyu-Orlean Su çiçəyi ilə yanaşı vəba, tifus və sarı qızdırma xəstəlikləri müşahidə olunmuşdur. 1877 Los-Anceles 1902 Boston, Massaçusets Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər.Cook, Noble David. Born To Die, pp. 1-11. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.The Story Of... Smallpox . Pbs.org. XVI əsrin əvvəllərindən 1754-1767-ci illərdəki Fransa-hindi müharibələrinin sonlarına qədər, 200 ildən uzun müddət ərzində bütün yerlilər su çiçəyi xəstəliyindən təsirlənmişdir.Henderson DA; Inglesby TV; Bartlett JG; Ascher, MS; Eitzen, E; Jahrling, PB; Hauer, J; Layton, M ve diğ. (1999). "Smallpox as a biological weapon: medical and public health management. Working Group on Civilian Biodefense" . JAMA 281 (22): 2127–37. DOI:10.1001/jama.281.22.2127. PMID 10367824.

Texasdakı Hindi Soyqırımı Muzeyində qorunan sənədə görə su çiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindilərinə Texas-Hindi müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilmişdir.Norrell, Brenda (23 September 2004). "Remembering Indian Genocide in Texas". AlterNet.org. Mezoamerika və Cənubi Amerikadakı su çiçəyi yoluxmaları 250px|thumbnail|left|Kodeks Florentin kitabındakı su çiçəyinə yoluxmuş hindilər təsviri. Vest-Hind bölgəsindəki Haiti adasında ilk su çiçəyi yoluxması 1518-1519-cu illərdə meydana çıxmışdı.Alfred W. Crosby, The Columbian Exchange Westport, 1972, p. 47 Bu yoluxma nəticəsində bölgədə yaşayan hindilərin sayı ciddi şəkildə azaldı.Kohn, George C. (2008). Encyclopedia of plague and pestilence: from ancient times to the present. Infobase Publishing. s. 160. ISBN 0-8160-6935-2.

İspan əsgər və səyyahı olan Ernan Kortes 1519-cu ilin fevral ayında Astek İmperiyasına hücum etmişdir. 1520-ci ildə başqa ispan qrupu Haiti adasından Meksikaya gəlmiş və burada iki il davam edəcək su çiçəyi yoluxmasının baş verməsinə səbəb olmuşdular. Digər qrupdan xəbər tutan Kortes hücum edərək onları məğlub edir, ancaq adamlarından biri də su çiçəyinə yoluxur. 21 may 1520-ci ildə Tenoktitlanda olan Templo Mayor məbədində asteklərin ispanlar tərəfindən öldürülməsi Toxkalt qırğını olaraq tanınır. Kortes 1521-ci ilin avqust ayına qədər paytaxta qayıtmadı. Bu müddət ərzində asteklərin çoxu əsgər olmaqla 25%-i su çiçəyi yoluxmasından ölmüşdü.Worldviews: Contact and Change (Alberta grade 8 social studies textbook), sayfa: 233. Fransiskan təriqətindən olan ispan missioneri Toribio de Benavente Motolinia asteklərin su çiçəyinə yoluxmasını belə təsvir etmişdir:Quoted in Tzvetan Todorov, The Conquest of America: The Question of the Other (1999:136).

Geri dönən Ernan Kortes hələ də ölməyən astek əsgərlərinin olduqca zəifləmiş olduğunu görür və 13 avqust 1521-ci ildə Astek İmperiyası süqut edir.

Su çiçəyi yoluxmasının İnk İmperiyasına təsiri Astek İmperiyasından daha dağıdıcı olmuşdur. İspanların hücumundan əvvəl su çiçəyi yoluxmaları indiki Kolumbiya ərazisindən başlayaraq yayılmışdı. Xəstəliyin belə sürətlə yayılmasına İnk İmperiyasının işlək yol sisteminin səbəb olduğu düşünülür. İnk hökmdarı Huayna Capac, onun varisi və digər ink liderlərinin çoxu xəstəlik nəticəsində ölmüşdü. Sağ qalan iki oğlu liderlik uğrunda mübarizə apardı və qalib gələn Ataualpa yeni hökmdar oldu. Paytaxt Kuskoya qayıdan Ataualpa və onun ən yaxşı komandanını ispan əsgər və səyyahı Fransisko Pizarro hiylə yolu ilə ələ keçirir və bu yolla İnk İmperiyası ələ keçirilir. Bir neçə il ərzində inklərin 60-90%-i başda su çiçəyi olmaqla Avropadan gəlmiş xəstəliklər nəticəsində ölmüşdü.Silent Killers of the New World. millersville.edu Bəzi tarixçilər bartonella cinsindən olan bakteriyaların səbəb olduğu bartonelloz xəstəliyinin də səbəblər arasında olduğunu iddia edirlər, ancaq bu yanaşmanı qəbul edənlər azlıq təşkil edir.Cook, Noble David (2004). "Smallpox or Bartonellosis?": Comment on "Epidemics and Demographic Disaster in Colonial Latin America: A Reassessment" (PDF). Qədim Perudakı Moçe mədəniyyətinə aid olan keramikalarda bartonellanın təsirləri təsvir olunmuşdur.Berrin, Katherine & Larco Museum. The Spirit of Ancient Peru:Treasures from the Larco Museum|Museo Arqueológico Rafael Larco Herrera. New York: Thames and Hudson, 1997.

Yeni dünyadakı iki böyük imperiyanın dağılmasına səbəb olan su çiçəyi xəstəliyi sürətlə yayılmağa davam edir. 1561-ci ildə yeni ispan valisi Fransisko de Villaqranı daşıyan gəminin La Serenaya yaxınlaşması nəticəsində su çiçəyi Çiliyə də çatdı. Perudan Atakama səhrası və And dağları vasitəsilə ayrılan Çili hindiləri 1561-1562-ci illərdə su çiçəyi xəstəliyi nəticəsində qırıldılar. Tarixçilər ölü sayı ilə bağlı dəqiq rəqəm verməsələr də, son təxminlərə görə su çiçəyi Çilidəki hindilərin 20-25%-nin ölümünə səbəb olmuşdur. İspan tarixçi Alonso de Qonqora Marmolejonun yazdığına görə qızıl mədənlərində işləyən hindilərin hamısı ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olmuşdur.Diego Barros Arana, Historia general de Chile, Tomo Segundo , pg. 51 note 87, pg. 231–232. Araukanlar və ispanlar arasında baş verən Araukan döyüşündə hindiləri məğlub etməyin mümkün olmadığını görən Fransisko de Villaqra su çiçəyi yoluxmasını sehrli vasitə kimi qəbul etmişdir.

Şimali Amerikadakı su çiçəyi yoluxmaları 1633-cü ildə indiki ABŞ-nin şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlamış və digər yerlərdə olduğu kimi yerlilərin böyük hissəsi yox olmuşdur. 1634-cü ildə mohavklaraDutch Children's Disease Kills Thousands of Mohawks. Paulkeeslerbooks.com. çatan su çiçəyi xəstəliyi 1636-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatmışdır. 1770-ci illərdə indiki ABŞ-nin qərb sahillərində yaşayan hindilərin 30%-i su çiçəyi yoluxmaları nəticəsində ölmüşdür.Smallpox , The Canadian EncyclopediaLange, Greg. (2003-01-23) Smallpox epidemic ravages Native Americans on the northwest coast of North America in the 1770s. Historyink.com. 1780-1782-ci illərdə su çiçəyi ovalıq hindilərini qırmış və saylarında ciddi azalma baş vermişdir.Houston CS, Houston S (2000). "The first smallpox epidemic on the Canadian Plains: In the fur-traders' words". Can J Infect Dis 11 (2): 112–5. PMID 18159275. Su çiçəyinə bölgədəki bütün qəbilələr yoluxmuş, çox az hindi sağ qalmışdır. E.Riç olanları belə təsvir etmişdir:Rich EE (1967). The Fur Trade and the Northwest to 1875 (11th bas.). McClelland and Stewart Limited.

Pol Hekit anişinabelərin üçdə birinin qırıldığını yazmışdır. Bataqlıq kriləri də oxşar şəkildə 75% itki vermişdilər.Paul Hackett (2002). A Very Remarkable Sickness. University of Manitoba Press. ISBN 0-88755-659-0. 1785-ci ildə Böyük düzənlikdəki siular da yoluxmadan təsirlənmişdir.Fenner, Frank, Donald A. Henderson, Isao Arita, Zdenek Jezek, and Ivan Danilovich Ladnyi. Smallpox and its Eradication. Geneva: World Health Organization, 1988. WHO Library Database.

Bostonda da bir sıra su çiçəyi yoluxması baş vermişdir. 1636-1698-ci illərdə Bostonda altı yoluxma hadisəsi qeydə alınmışdır. 1721-ci ildəki yoluxma isə ən ən ağırı olmuşdur. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi On üç koloniyanın yoluxulmamış hissələrinə yaymışdır.

ABŞ İstiqlal müharibəsi ərzində, 1770-ci illərin sonunda su çiçəyi yoluxması yenidən başlamış və 125000 insan ölmüşdür.Fenn EA (2001). Pox Americana: The Great Smallpox Epidemic of 1775–82 (1st bas.). Hill and Wang. ISBN 0-8090-7820-1. Pir Kalm Şimali Amerika səyahəti () adlı əsərində hindi kəndlərinin cəsədlərlə dolu olduğunu və bu cəsədlərlə hələ sağ olan zəifləmiş hindilər üçün canavarların bayram etdiyini yazmışdır.

1832-ci ildə ABŞ federal hökuməti hindilər üçün su çiçəyi peyvəndi proqramı başlatmışdır.Lewis Cass and the Politics of Disease: The Indian Vaccination Act of 1832. Muse.jhu.edu.

1702-1703-cü illərdə indiki Kanada ərazisində yerləşən Kvebek şəhərinin əhalisinin dörddə biri su çiçəyi yoluxmasından ölmüşdür.

Vest-Hind adaları 350px|thumbnail|6 dekabr 1492-ci ildə Haiti adasında ayaq basan Xristofor Kolumbun tayno hindiləri ilə qarşılaşmasını təsvir edən səhnə. 1594-cü ildə çəkilən qravür.