Manitulin () — Huron gölündə yerləşən ada. Ada dünyada şirinsulu göl ərazisində yerləşən ən iri adadır.
İnzibati cəhətdən Kanadanın Ontario vilayəti ərazisinə daxildir. Adada eyni adlı dairə yerləşir. Adanın əhalisi 12,6 min nəfər təşkil edir (2007).
Coğafiyası Adanın sahəsi 2766 km² təşkil edir. Bu isə Lüksemburqdan böyükdür. Manitulin adası sahəsinə görə Kanadanın 31-ci, dünyanın isə 174-cü adasıdır. Adada çoxlu sayda göllər vardır ki, onlarında ən böyüyü Manitudur. Gölün sahəsi 106,42 km² təşkil edir. Bu göl isə dünyada «göl daxilində göl» arasında sahəsinə görə birincidir.
İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Göl adaları