Osmancıqlı İmamzadə Xəlil Paşa — Osmanlı Dövləti sədrəzəmlərindəndir. 18 dekabr 1406 tarixindən 1413-ci ilə qədər Fitrət dövründə I Mehmedə vəzir-i əzəmlik etmiş Osmanlı dövlət adamıdır.

Həyatı Atası Heydər Paşadır. Doğum yeri Çorum'un bugünkü rayonu olan Osmancıqdır. 1402-ci ildə Ankara müharibəsində İldırım Bəyazidin, Teymuri ordularına məğlub olmasından sonra başlayan Fitrət dövründə Osmanlıların yenidən bir araya gəlməsində Osmancıqlı Xəlil Paşanın, Çələbi Mehmedin Osmanlı gücünü yenidən toplamasında çox qiymətli yardımları olmuşdur. Bunun müqabilində Xəlil Paşa, əvvəl Anadolu Bəylərbəyi edilmiş daha sonra 18 dekabr 1406 Çələbi Mehmedin sədrəzəmliyinə yüksəldilmişdir. 1413-ci ilə qədər ona sədrəzəmlik etmişdir.

Xəlil Paşanın oğlu Osmancıqlı (Amasyalı) Qoca Mehmed Nizamüddin Paşa 1429-1438 dövründə II Muradın sədrəzəmi olmuşdur.

Həmçinin bax Fitrət dövrü I Mehmed Osmanlı sədrəzəmlərinin siyahısı Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı sədrəzəmləri