Böyük Kiy — Kiy adaları arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenqski rayonu ərazisinə daxildir.
Rıbaçi yarımadasından 1,6 km qərbdə yerləşir.
Dairəvi formaya malikdir. Şimaldan cənuba uzunluğu 580 metr, maksimal eni 420 m təşkil edir. Cənub-şərq hissəsi istisna olaraq digər sahilləri qayalıqdır. Sahil xəttinin uzunluğu 1,6 km-dir. Mərkəzdə yerləşən düzən ərazilərdə tundra yayılmışdır.
İstinadlar
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Murmansk vilayəti adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Murmansk vilayətinin yaşayış olmayan adaları