Dəniz şeytanı, Fənər balığı () — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır. Qəlsəmə yarığı iki kiçik dəlikdən ibarətdir.
Həyat tərzi Çoxalması Kürütökmə dövrü qışda və yazdadır. Adətən kürütökmə 180 m dərinlikdə baş berir. Kürü zolağı 9m uzunluğa 90 sm enə malik olur. Kürüdən yeni çıxmış körpələr 5-6 sm olurlar. Qidalanması thumb|250px|Dəniz şeytanının bığcıq tilovu Əsas yemi balıqdır. Sürünmək və hətta ələbənzər döş üzgəcləri hesabına tulanmaq qabiliyyətli Dəniz şeytanı dənizin dibində məskunlaşir. O, öz şikarını uzun bığcığından asılmış fənər kimi işıq saçan tilovu vasitəsilə ovlayır. Bu zaman bığcığın işığına yığışan balıqları bir göz qırpımında udaraq ovlayır.
Əhəmiyyəti Təssərufat əhəmyyətlidir və yemək üçün yararlıdır. Sümüksüz ağ ətlidir. Fransız məbəxində “Dəniz şeytanı” çoxseviləndi. İspanyada , İtaliyada isə adı ilə, restoranların menyularına daxildir.
İstinadlar
Mənbə
Bent J. Muus, Jørgen G. Nielsen; Preben Dahlström und Bente Olesen Nyström (Illustrationen): Die Meeresfische Europas. In Nordsee, Ostsee und Atlantik. (Originaltitel: Havfisk og fiskeri i Nordvesteuropa 1998, übersetzt von Matthias Stehmann), Franckh-Kosmos, Stuttgart 1999, ISBN 3-440-07804-3.
Kateqoriya:Tilovlukimilər Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika balıqları Kateqoriya:Danimarka balıqları Kateqoriya:Yunanıstan balıqları Kateqoriya:Birləşmiş Krallıq balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Albaniya balıqları Kateqoriya:Əlcəzair balıqları Kateqoriya:Xorvatiya balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Portuqaliya balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:İrlandiya balıqları Kateqoriya:İtaliya balıqları Kateqoriya:İspaniya balıqları Kateqoriya:Monteneqro balıqları Kateqoriya:Tunis balıqları Kateqoriya:Mərakeş balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Sənaye balığı