Nəğmələr – Azərbaycan ədəbiyyatında lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.
Qara kəlim aranda, Çıxar gün qızaranda. Xodaq murada çatar, Kəlindən bar alanda. (Holavar)
Yazan:Aydan Cəfərli★Her bir gözəl duyğu
Kim bilər ne suçlu
Ağ baş oradan baxar
Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir.
Mənbə Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Şifahi xalq ədəbiyyatı Asif Hacılı. Bayatı poetikası. B., 2000 Azərbaycan türklərinin xalq yaradıcılığı
Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi Kateqoriya:Azərbaycan şifahi xalq ədəbiyyatı