Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.92.

Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» əsərində Yemazlu formasında qeyd edilmişdirQafqazda erməni-türk vuruşması (1905-1906), İrəvan, «Sparan Ayvazeansyev Nazareans», 1907. s.306.

Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdıGəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H.Məmmədov (Qaramanlı), Bakı, «Şuşa», 2000. s.468.

Əhalisi

Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137.

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 54 nəfər azərbaycanlı yaşamışdır.

1930-cu illərin sonunda kənd ləğv edilmişdir.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri