thumb|200px|4-taktlı daxili yanma mühərrikinin iş sxemi

Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu.

Ümumi məlumat Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsi başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir.

Müasir daxili yanma mühərrikləri 4 yanacaqdan istifadə edirlər:

1-benzin, 2-dizel, 3-Qaz(LPG və ya CNG), 4-hidrogen qazı. Onlar bu dörd yanacağın hər birini hər tərəfdən bağlı olan, yanma kamerası adı verilən xüsusi bölmədə yandıraraq istilik enerjisi yaradırlar. Sonra bu enerjini mexaniki enerjiyə, yəni davamlı hərəkətə çevirirlər.

Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin.

Mühərrikin növləri Mühərriklər iki qrupa bölünürlər. Birinci qrupa birbaşa təbii enerji ilə işləyən, onun mexaniki enerjiyə çevrilməsini həyata keçirən mühərriklər daxildirlər. Misal kimi küləklə işləyən dəyirmanları və axar çaylarda yerləşdirilmiş hidravlik mühərrikləri, kimyəvi enerjini mexaniki enerjiyə çevirən istilik mühərriklərini göstərmək olar. İkinci qrupa isə başqa yollarla əldə edilmiş enerjinin hesabına işləyən mühərriklər (elektrik mühərikləri, hidromühərriklər, pnevmomühərriklər) daxildirlər.

Yanacaqlarına görə mühərriklər, aşağıdakı növlərə ayrılırlar:

Dizel Benzin Təbii qaz Elektrik Hidrogen Qalereya

Həmçinin bax Avtomobil Mexanika Altıtaktlı mühərrik

İstinadlar

Xarici keçidlər Detailed Engine Animations Video from inside a four-stroke engine cylinder. Working 4-Stroke Engine — Animation Animated illustrations of various engines 5 Ways to Redesign the Internal Combustion Engine

Kateqoriya:Mühərriklər Kateqoriya:Nəqliyyat texnologiyaları