Georgi Ruslanoviç Balakşin — Rusiyanı təmsil edən boksçu. Ən yüngül çəki dərəcəsində 2002, 2004, 2006-cı illərdə keçirilən boks üzrə Avropa çempionatlarının qalibi. Dəfələrlə Rusiya çempionu (2000–2003, 2006–2007), 2004 və 2008-ci illərdə Rusiya Olimpiya yığmasının üzvü, boks üzrə əməkdar idman ustası (2002).
Həyatı Georgi Balakşin 6 mart 1980-ci ildə Yakutiya MSSR Leninski rayonu,Hazırda Nyorbinski ulusu adlanır. Antonovka kəndində anadan olmuşdur. Milliyyətcə yakutdur.
2006-cı ildə M. K. Ammosov adına Yakutiya Dövlət Universitetinin Bədən tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.
2 mart 2008 – 19 aprel 2013 aralığında dördüncü çağırış Yakutiya Dövlət məclisinin deputatı olmuş, 2010-cu ilin iyununda Dövlət məclisinin RF Federasiya Şurasındakı nümayəndəsi seçilmişdir.
21 mart 2013-cü ildə Saxa Respublikası İdman nazirinin birinci müavini təyin edilmişdir
İdman karyerası
2001-ci il dünya çempionatı 1/8 final: 23:15 hesabı ilə əlcəzairli Mebarek Soltaniyə qalib gəlir. 1/4 final: 30:23 hesabı ilə rumıniyalı Boqdan Dobreskuya qalib gəlir. 1/2 final: 16:25 hesabı ilə ukraynalı Vladimir Sidorenkoya məğlub olur.
2001-ci il Avropa çempionatı 1/8 final: 21:8 hesabı ilə almaniyalı Rustamxoca Rəhimova qalib gəlir 1/4 final: ikinci raundda azərbaycanlı boksçu Rauf Məmədova qalib gəlir. 1/2 final: üçüncü raundda moldovalı boksçu İqor Samoylenkoya qalib gəlir. final: 28:18 hesabı ilə bolqarıstanlı Aleksandr Vladimirovs qalib gəlir.
2004 Afina Olimpiya oyunları 1/32 final: 26:15 hesabı ilə əlçəzairli Mebarek Soltaniyə qalib gəlir. 1/16 final: 29:20 hesabı ilə qazaxstanlı Mircan Rəhimcanova qalib gəlir. 1/8 final: 18:28 hesabı ilə kubalı Yoriorkis Qamboaya qalib gəlir.
2004-cü il avropa çempionatı 1/16 final: 16:8 hesabı ilə erməni Vaçaqan Avaqyana qalib gəlir. 1/8 final: belaruslu Bato-Munko Bankeevə qalib gəlir. 1/4 final: 37:17 hesabı ilə fransız Jerom Toma qalib gəlir. 1/2 final: 26:15 hesabı ilə alman Rustamxoca Rəhimova qalib gəlir. final: 39:21 hesabı ilə gürcü Nikolas İqoriyə qalib gəlir.
2006-cı il avropa çempionatı 1/8 final: 27:3 hesabı ilə çexiyalı Frantişek Faberə qalb gəlir. 1/4 final: 34:16 hesabı ilə moldivalı İqoe Samoylenkoya qalib gəlir. 1/2 final: 28:9 hesabı ilə belaruslu Bato-Munko Bankeevə qalib gəlir. final: 43:30 hsabı ilə azərbaycanlı Samir Məmədova qalib gəlir.
2007-ci il dünya çempionatı 1/32 final: 25:11 hesabı ilə fransız Jerom Toma qalib gəlir. 1/16 final: qırğız boksçu Nuralan Aydarbek Uluya qalib gəlir. 1/8 final: 14:9 hesabı ilə hindli Cintender Kumara qalib gəlir. 1/4 final: 13:23 hesabı ilə amerikalı Rauşi Uorrenə məğlub olur.
2008 Pekin Olimpiya oyunları 1/8 final: 12:4 hesabı ilə qazaxstanlı Mirat Sarsembaev qalib gəlir. 1/4 final: 15:11 hesabı ilə hindistanlı Citender Kumara qalib gəlir. 1/2 final: 8:9 hesabı ilə kubalı Andri Laffatin Ernandesə məğlub olur.
Mükafat və medalları Rusiyanın əməkdar idman ustası. Saxa Respublikasının əməkdar bədən tərbiyəsi xadimi (2002) "Qütb ulduzu" ordeni (2008) "Vətən qarşısında xidmətlərinə görə" medalı (2009) Nyirbinski ulusunun fəxri sakini (1998) Oktyabr nasleqinin fəxri sakini
İstinadlar
Mənbə
Georgi Balakşin ilə müsahibə peoples.ru
Kateqoriya:Saxa idmançıları Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Olimpiya bürünc medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları