— Trigger və Aniplex tərəfindən Mari Okadanın ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Yaponiyada 9 aprel 2016-cı ildən 25 iyun 2016-cı ilə kimi yayımlanmışdır. Personaj dizaynerləri Şiro Miva və Mai Yoneyamadır. "Rage of Bahamut" animesinin ikinci rejissoru, "Kill la Kill" animesinin isə seriya rejissoru olmuş Hiroşi Kobayaşi bu anime serialında rejissor kimi debüt edir.

Anime serialının adı və sözlərinin birləşməsindən yaranıb. "Kiznaiver" bir-biriləri ilə yaraları ilə bağlanmış bir qrupdan bəhs edir və bu qrup onlara verilən missiyaları birlikdə yerinə yetirməlidir. Mövzu baxımından bu anime serialı Trigger studiyasının əvvəlki filmlərində işlənmiş personajlar arasındakı münasibətlər mövzusuna oxşayır.

Anime serialı Crunchyroll və Niconico vasitəsilə yayımlanmışdır.

Məzmun Hadisələr uydurma və futuristik Yaponiya şəhəri olan Suqomori şəhərində baş verir. Bu şəhər islah olunmuş zibilxananın yerində salınmışdır. Bir zamanlar çiçəklənən şəhərin əhalisi indi getdikcə azalmaqdadır.

Yay tətilinin başlamasına bir neçə gün qalmış Noriko Sonozaki adlı sirli və duyğusuz qız Noriko Sonozaki sinif yoldaşı Katsuhira Aqataya onun Kiznayver olduğunu bildirir, çünki Aqata naməlum səbəbdən heç bir ağrı hiss etmir. Norikonun başçılığı altında Aqata və onun sinif yoldaşlarına kizuna (və ya bağlantı) tətbiq olunur. Kizuna sistemi bu xasiyyətcə və şəxsiyyətcə kəskin fərqlənən şəxslərdən heç olmasa birinin ağrı hiss etdikdə digərlərinin də ağrı hiss etməsini təmin edir. Noriko başa salır ki, Aqata və onun dostları, eləcə də, Suqomori şəhəri Kizuna sistemi təcrübəsinin bir hissəsidirlər, onlara müxtəlif tapşırıqlar veriləcək. Aqata və sinif yoldaşları Kiznayver olurlar.

Kizuna sisteminin başlıca məqsədi insanları yaraları ilə əlaqələndirmək və beləcə də, dünya sülhünə nail olmaqdır. Sistemin ideyasına görə əgər bir şəxs birinə zor tətbiq edərkən özü də bu ağrını hiss edəcəksə, o zaman zor tətbiq etməyəcək.

Personajlar

Əsas

Səsləndirən: Yuuki Kaci, Ruyto Kuqa (uşaqlıq) Anime serialının baş qəhrəmanıdır. Uşaqlıda qatıldığı Kiznayver təcrübələrinə görə heç bir ağrı hiss etmir. Qeyri-emosional oğlandır. Sonozakiyə qarşı sevgi hisləri var.

Səsləndirən: Hibiku Yamamura, Sakkuru Zayzen (uşaqlıq) Serialın əsas qadın personajıdır. Uşaq ikən Aqata ilə birlikdə Kiznayver təcrübələrinə qatılmışdır. Kiznayver təcrübələrinin əsas aparıcı üzvlərindən biridir.

Səsləndirən: Yuka Terasaki Aqatanın uşaqlıq dostudur. Emosional, utancaq qızdır. Yaxşı yemək pişirir və digər kiznayverlər üçün yemək bişirir. Aqataya qarşı sevgi hisləri var.

Səsləndirən: Tomoaki Maeno Tenqa güclü, zorba, hündürboy oğlandır. Ən böyük qorxusu itlərdir. Çidoriyə qarşı sevgi hisləri vardır.

Səsləndirən: Missaki Kuno Enerjili, qəribə qızdır. Özünü qəribə aparmağa çalışır, çünki onun fikrincə özünü ağıllı aparmaq insanların onu sevməməsinə səbəb ola bilər. Buna görə də yalandan "pəriləri gördüyünü" deyir. Dostlaşmağı sevir, dəfələrlə Honokaya dost olmaq üçün müraciət edir.

Səsləndirən: Nobunaqa Şimazaki Məktəbin yaraşıqlı, populyar oğlanıdır. Qızlar ona tez-tez yanaşır. Yuta uşaq ikən çox kök idi. Bu səbəbdən uşaq ikən kök olduğunu heç kimə demək istəmir, bu onun ən böyük utancıdır, kiznayverlər arasında dietasına ən çox diqqət yetirən şəxsdir. Hokoya qarşı sevgi hisləri var.

alt=|right|270x270px

Səsləndirən: Rina Sato Sərt, qaraqabaq qızdır. Əvvəllər dostu Ruru ilə manqaka kimi işləmişdir və manqası çox böyük uğur qazanmışdır. Lakin Honoka Ruru ilə aralarındakı münasibətin ona ağrı verəcəyini düşündüyündən dostundan ayrılmışdır və Ruru manqanın son fəslini tək tamamlamağa məcbur olmuşdur. Lakin Honoka heç vaxt son fəsli oxumamışdır. Honoka üçün "dost" olmağı sevmir, hətta dəfələrlə Nikonun dostluq təkliflərini və digər kiznayverlər ilə dost olduğunu rədd edir. Lakin sonda bu həqiqəti qəbul edir.

Səsləndirən: Kotaro Nişiyama Yaraşıqlı və qəribə oğlandır. Mazoşist şəxsiyyətə malikdir, özünə ağrı verməyə sevir. Məktəbə tez-tez gəlmir, yaralana biləcəyi yerlərdən keçməyi sevir. Hisomu məktəbə gələr-gəlməz qızlar tərəfindən sevildiyindən Yutanın paxıllığına səbəb olur.

Digərləri

Səsləndirən: Cuniçi Suvabe

Səsləndirən: Mie Sonozaki

Səsləndirən: Sayaka Nakaya

İstehsal Trigger studiyasının prodüseri Tsutsumi Naoko ssenarist Mari Okadaya yeni anime üzərində işləmək təklifi etdi və Okada təklifi qəbul etdi. Okada anime üçün əvvəlcə "Aoharide" və "Blue Spring Ride" adlarını fikirləşmişdi. Lakin daha sonra Okada "kizuna" və "naïve" sözlərini birləşdirmək qərarına gəldi və "Kiznaiver" adı ortaya çıxdı. Trigger studiyasının digər prodüseri Masahiko Otsuka rejissor kimi Hiroşi Kobayaşini uyğun gördü və ona animenin rejissoru olmaq təklifi etdi.

İlk başda Yutanın saç stili "M" şəklində idi. Lakin bu qəribə göründüyündən dəyişiklik edildi. Bundan əlavə, Katsuhiranın saçları əvvəlcə qəhvəyi rəngdə idi, lakin dizayner May Yoneyamanın təklifindən sonra ağ rənglə dəyişdirildi, çünki ağ saçın Katsuhiranın konsepsiyasına uyğun gələcəyi düşünüldü.

Media

Anime serialı Anime serialı haqqında ilk məlumat "Shufu-to-Seikatsu Sha Ltd." şirkətinin "PASH!" jurnalının 2015-ci il noyabr sayında məlumat verilmişdir. 2015-ci ilin noyabrında isə ilk kommersiya videosu yayımlanmışdır. 11 dekabr 2015-ci ildə Crunchyroll animeni yayımlayacağını açıqlamışdır. 27 mart 2016-cı ildə animenin ilk iki seriyası ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən "Sakura-Con" tədbirində nümayiş etdirilmişdir. Anime serialının çəkiliş heyəti və seyüləri haqqında məlumat verən xüsusi "0-cı seriya" da istehsal olunmuşdur. "Kiznaiver" 9 aprel 2016-cı ildən yayımlanır.

Anime serialı üçün "Biz yaralar vasitəsilə əlaqələnmişik" () şüarı seçilmişdir. Anime üçün musiqini "Haikyu!!", "Robotics;Notes", "Death Parade" kimi animelər üçün də fəaliyyət göstərmiş Yuuki Hayaşi bəstələmişdir.

Anime serialının açılış mahnısı Boom Boom Satellit musiqi dueti tərəfindən ifa olunan "LAY YOUR HANDS ON ME" () mahnısı, bağlanış mahnısı isə Sangatsu no Phantasia tərəfindən ifa olunan mahnısıdır. Mahnılar 2 fevral 2016-cı ildə təqdim olunmuşdur.

Anime serialı Böyük Britaniya üçün Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.

Seriya siyahısı № Başlıq Yayım tarixi

Manqa Anime serialı ilə əlaqəli Roci Kareqişi tərəfindən hazırlanmış manqa Crunchyroll tərəfindən rəqəmsal şəkildə, eləcə də, Kadokawa Shoten nəşriyyatı tərəfindən "Dengeki Maoh" jurnalında 25 mart 2016-cı ildə nəşr olunmuşdur. Bu manqanın bir cildi buraxılmışdır.

Personajların çibi versiyasına yer verilən adlı zarafat manqası S. Kosuqi tərəfindən çəkilir və "Dengeki Comics NEXT" jurnalında nəşr olunur. İlk tankobon cildi 6 iyun 2016-cı ildə nəşr olunmuşdur. Crunchyroll manqanı "Mini! KIZNAIVER Theater" adı ilə ingilis dilinə lisenziyalaşdırmışdır. Bu manqanın bir cildi buraxılmışdır.

Roman 27 oktyabr 2016-cı ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən Ryo Suzukazenin müəllifi olduğu roman adaptasiyası buraxılmışdır.

Tədbirlər 19 sentyabr 2016-cı ildə animenin əsas seyyularının və Kazunao Yamadanın seyyusu Cuniçi Suvabeninin iştirakı ilə Kiznaiver Fes. təsbiri keçiriləcək.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:2016-cı ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Triller anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:Trigger (şirkət) Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Asahi Broadcasting Corporation verilişləri Kateqoriya:Uydurma texnologiyalar Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Romantik anime və manqalar