No Degree of Separation () — İtaliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.

Françeska Mikyelin "No Degree of Separation" mahnısının tamamilə italyan dilində səslənən versiyası Nessun grado di separazione ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Mahnı Avroviziya üçün seçildikdən sonra müsabiqə qaydalarına əsasən mahnı bir qədər qısaldılmış və eyni zamanda Mikyelinin və İtaliyanın RAI telekanalının birlikdə qərarı ilə mahnının kiçik bir hissə ingilis dilinə tərcümə edilmişdir. "No Degree of Separation" mahnısının musiqisi Keope, Fabio Qarqiulo və Federika Abbate, sözləri isə ifaçı Françeska Mikyelin və eyni zamanda Federika Abbate və Norma Cin Martineyə aiddir.

İstinadlar

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:İtalyan dilində mahnılar Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:İtaliyanın Avroviziya mahnıları Kateqoriya:2016 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2016-cı ilin sinqlları Kateqoriya:2016-cı ilin mahnıları Kateqoriya:Çoxdilli mahnılar