thumb|280px Karaburun () — Albaniyanın ən böyük yarımadasıdır. Yarımada ərazisində həm milli park, həm də hərbi baza yerləşir. Yarımadada məskunlaşma yoxdurFaktlar: Yarımadalar və burunlar .
Coğrafiyası thumb|left|200px Albaniyanın ən böyük yarımadası olan Karaburun ölkənin cənub-qərbində yerləşir. Yarımadanın uzunluğu 16 km, eni 3-4,5 km, sahəsi isə 64 km² təşkil edir. İnzibati cəhətdən Vlyera dairəsi ərazisinə daxildir. Sahillərini Adriatik dənizinin suları yuyur (Otranto boğazının suları). Sahil sahəsi Karaburun-Sazan milli parkının ərazisinə daxildir. Yarımadadan 5 km şimalda Albaniyanın ən böyük adası olan Sazan adası yerləşir. Karaburun yarımadası Albaniyanın materik hissəsinin ən ucqar qərb hissəsidir.
Yarımadanın ən hündür nöqtəsi Koreta dağıdır (826 m). 2000-ci ildə bu dağın üzərində telekommunikasiya antenası quraşdırılmışdır.
Yarımadada tarixi şəxslərdən Mark Antoni və Manuil II Paleoloq olmuşdur. Onlar Venesiyaya gedərkən burada olmuşlar. Koreta dağından aydın havalarda İtaliyanın Salentina yarımadasını və Otranto şəhərini adi gözlə müşahidə etmək olur. Yarımadada içməli su yoxdur. Yarımsəhra sahillərində bəzi quşlar yuva qurur. Üstəlik sahillərində adi monax suitisi yaşayırMarika Makadam «Lonely Planet Western Balkans », səh. 60 «Redaktora məktub» . Adi monax suitisi tükənmə təhlükəsi qarşısındadır. Florası seyrəkdir. Burada palıd və vələs ağacları vardır. 2008 ildən İtalyanın maliyyə dəstəyi ilə Külək stansiyaları quraşdırılırAlbania Approves Controversial Wind Farm Wind power in Albania — Albania to Build Major Wind Farm . Bu obyektin Avropada ən böyük olması albanlar arasında etirazlara səbəb olmuşdurOpposition Grows to Albania Wind Project .
İstinadlar
Mənbə Le coste dell'Albania — Linea Blu — Penisola Karaburun Jak Kamping — Bukurite e Karaburunit-South Albania, Karaburun Peninsula Management Plan: Llogora-Rreza e Kanalit-Dukat -Orikum-TragjasRadhime-Karaburun
Kateqoriya:Albaniya coğrafiyası Kateqoriya:Albaniya milli parkları Kateqoriya:Albaniyadakı təbiət parkları Kateqoriya:Albaniyanın su obyektləri