Franyo Tucman Aeroportu () — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır.
Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə sərnişinə xidmət edib.
Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir.
Terminallar
Terminal 1 Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir. Yeni terminala 2009-cu ildə yeni fasad dizaynı verildi. Sərnişin terminalı hər il təxminən 2,5 milyon sərnişin daşıması həyata keçirir. İkinci terminalın tikintisindən sonra bu terminalın ucuz və ölkə daxili uçuşlar üçün nəzərdə tutulacağı gözlənilir.
Terminal 2 Terminal 2 hələ tikilməkdədir.
Hava yolları və uçuşlar Hava yollarıUçuş məntəqəsiAeroflotMoskva — ŞeremetyovoAir EuropaMövsümi — SaraqosaAir FranceParisAir MaltaMövsümi — Malta (18 iyul 2016-dan)Air SerbiaBelqradAir TransatMövsümi — TorontoAustrian AirlinesVyanaBritish AirwaysLondonBrussels AirlinesBrüsselCroatia AirlinesAmsterdam, Brüssel, Kopenhagen, Dubrovnik, Frankfurt, London, Milan (20 may 2016-dan), Münhen, Paris, Praqa (21 may 2016-dan), Priştina, Sankt-Peterburq, Sarayevo, Skopye, Vyana, Sürix. Mövsümi — Antalya, Afina, Barselona, Tel-Əviv.Qatar Hava YollarıDohaTürk Hava Yollarıİstanbul
Karqo Hava yollarıUçuş məntəqəsiSolinairBerqamo, Lyublyana, Sarayevo, VenesiyaTrade AirLyublyana, SarayevoQatar Airways CargoDohaMNG AirlinesİstanbulUPS AirlinesBonn, Lyublyana
Xarici keçidlər http://www.zagreb-airport.hr/
Kateqoriya:Xorvatiya Kateqoriya:Zaqrebdə nəqliyyat