Makedoniya Respublikasının nəqliyyatı dəmiryol, avtomobil, boru və hava nəqliyyatlarından ibarətdir. Ölkədənin dənizə çıxışı yoxdur. Burada su nəqliyyatı yalnız Yunanıstan və Albaniya ilə sərhəddə yerləşən Oxrid gölündə mövcuddur.
Dəmiryolu Ölkədə dəmir yollarının tikintisi və istismarı ilə «Makedonski Jeleznisi» şirkəti məşğul olur. Dəmir yolunun ümumi uzunluğu 925 km təşkil edir. Onun 699 km işlək 225 km isə ehtiyatdırObjava na Mreza . Hazırda Kumanovo—Brlyakov dəmir yolunun tikintisi həyata keçirilirdi. Hansı ki, bu tikinti ilə dəmir yolu Bolqarıstanla birləşdirilir. Şirkətin son işləri 2007-ci ildə başa çatdırılmışdır. Dəmiryoları Albaniya, Yunanıstan, Bolqarıstan və Serbiya ilə birləşir.
Avtomobil nəqliyyatı right|thumb|200px|Avtomagistral A-1 right|thumb|200px|Avtomagistral A-3 right|thumb|200px|Avtomagistral A-4 right|thumb|200px|Avtomagistral A-5 Avtomobil yollarının ümumi uzunluğu 9573 km, bu yolun isə 228 kilometri avtomagistraldır. Ölkədə 7 avtomagistral vardır: Avtomagistral A-1: Tabanovse — Kumanovo — Miladinov — Petroves — Veles — Qradsko — Neqotino — Demir-Kapiya — Qevqeliya. Avtomagistral А2: Kumanovo — Kriva-Palanka — Deve-Bair Avtomagistral А3: Petroves — Skopye — Stenkoves — Blase Avtomagistral А4: Miladinov — Skopye — Tetovo — Qostivar — Kiçevo — Struqa — Kafasan. Avtomagistral А5: Oxrid — Pesen — Bitola — Prilep — Veles — Ştip — Koçani — Delçevo Avtomagistral А6: Ştip — Radoviş — Strumişa — Novo-Selo. Avtomagistral А7: Debar — Kiçevo — Makedonski-Brod — Prilep — Kavadar — Neqotina — Radoviş
İlk avtomagistral 1979 ildə istifadəyə verilmişdir.
Yol hərəkət qaydaları thumb| Sürətin məhdudlaşdırılması: 60 km/s yaşayış zonası 80 km/s yaşayış zonasından kənar. 110 km/s avtomagistral 130 km/s avtomobil yollarında
Boru nəqliyyatı 2004-ci il məlumatına görə neft boru kəmərinin uzunluğu 120 km, qaz kəmərlərinin uzunluğu — 268 km-dir.
Hava nəqliyyatı thumbnail|right Ölkədə 17 aeroport vardır. Onlardan ən iriləri Böyük Aleksandr və Müqəddəs Həvvari Pavel aeroportlarıdır. 11 hava limanı möhkəm eniş zolağına malikdir. Altısının eniş zolağı möhkəm deyildur. Böyük Akeksandr hava limanın eniş zolağı 3042, Müqəddəs Həvvari Pavel hava limanının uzunluğu isə 2550 metr təşkil edir.
İstinadlar