Qarayüzlər (), 20-ci əsrin əvvəllərində Rusiya İmperiyasında fəaliyyət göstərmiş çar rejimi tərəfdarı və inkişaf etməkdə olan sosialist inqilabçı hərəkata qarşı təşkilatlanmış bir hərəkat idi. Xüsusilə inqilabçılara qarşı tətbiq etdiyi şiddət, həddindən artıq milliyyətçilik və Yəhudi əleyhdarlığıyla önə çıxmış, çox sayda talan reallaşdırmışdır. Bu hərəkat xüsusiyyətlərinə görə proto-faşist hesab olunur. thumb|Qarayüzlər paradı, 1907-ci il Qabaqcılları Qarayüzlərin qabaqcılları Sank-Peterburqda qurulmuş olan Müqəddəs Briqada () və Rus Məclisi () təşkilatları sayıla bilər. 1900-ci ilə gəlindiyində iki təşkilatın içində də mühafizəkar ziyalılar, dövlət rəsmiləri, kilsə mənsubları və böyük torpaq sahibləri var idi. 1905 İnqilabı əsnasında və sonrasında irili xırdalı çox sayda Qarayüz təşkilatı yaradılıb. Bunlardan bəziləri aşağıda sıralanmışdır: Rus Xalqları Birliyi (Союз русского народа) St.Peterburq Rusların Birliyi (Союз русских людей) St.Peterburq Rus Monarxiya Partiyası (Русская монархическая партия) St.Peterburq İnqilaba Qarşı Savaş Dərnəyi (Общество активной борьбы с революцией) Moskva İki Başlı Ağ Qartal (Белый двуглавый орёл) Odessa thumb|1905 inqilabında Qarayüzlər dəstəkçiləri yürüyüş keçirdir. Quruluşu Təşkilatın üzvləri cəmiyyətin müxtəlif siniflərindən gəlməkdə idi. Böyük torpaq sahibləri, kilsə mənsubları, böyük və kiçik burjuaziya, tacirlər, sənətkarlar, işçilər və aşağı təbəqə olaraq adlandırılan şəxslərdən ibarət idi. Qarayüzlərin hərəkətləri bir mərkəzdən idarə olunmaqda idi. Çar rejimi bu hərəkətləri dəstəkləyir və maddi yardımlar edirdi. Qarayüzlər Çara, kilsəyə və vətənlərinə bağlılıqları ilə övünərdilər. Fərqli təşkilatların fərqli proqramları olsa da ortaq düşmən Rusiya İmperiyasında görülən və yüksəlməkdə olan inqilabçı sosialist hərəkat idi. Təşkilat xüsusilə kilsədə edilən təbliğatla, məktəblərdə verilən dərslərdə və çar tərəfdarı hərəkətlərdə öndə idi. Təbliğatın əhəmiyyətli bir komponenti də Yəhudi əleyhdarlığı idi və buna görə yəhudilərə qarşı çox sayda Poqrom olaraq adlandırılan qırğın və yağma hərəkəti edilmişdir. Ayrıca qabaqda gələn inqilabçı liderlərə qarşı sui-qəsd hərəkətləri də reallaşdırılmışdır. Şöhrətlik və güc Qarayüzlər çox sayda çap nəşr orqanına sahib idi. Bayraq (Znamya), Rus Bayrağı (Znamya) və Pochayev qəzeti (Pochayevsky), Zemschina, Zəng (Kolokol), Göy gurultusu (Groza), Veche bunlardan bəziləridir. Çox sayda sağ mətbuat orqanı da təşkilat tərəfdarı xəbərlər etməkdə idi. Hərəkatın qabaqda gələn liderləri arasında Aleksandr Dubrovin, Vladimir Purişkeviç, Nikolay Markov, Pavel Bulatzel, Ivan Vostorqov, A. I. Trişatiy, Sergey Trufanov və M. K. Şaxovskoy sayıla bilər. Şiddət hərəkətləri Təşkilatın etdiyi ümumi yağma və qırğın hərəkətlərinin yanında qabaqda gələn kəslərə qarşı təşkil etdiyi sui-qəsdlər olmuşdur. Kadet üzvü iki Duma nümayəndəsi Qriqori Borisoviç Iollos (Poltava vəkili) və Mixail Herzenstein Qarayüzlər üzvləri tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdülər. Cinayətlərdən sonra Qarayüzlərə aid Rus Bayrağı (Znamya) qəzeti cinayətləri açıqca boynuna götürmüş və vəkillər bu cinayətin vətənpərvər ruslar tərəfindən baş verdiyini açıqlamışdılar. Ukrayna problemi Qarayüzlər, Ukraynanın avtonom olmasına qarşı da tədbirlər təşkil etmiş, imperatorluq torpaqlarının bölünməsi olaraq qəbul etdikləri mədəni hüquqların və Ukrayna dilinin rəsmi olaraq tanınmasına qarşı çıxmışlar. Ağ Hərəkət içində Qarayüzlər tərəfindən təşkil edilən konqreslər imperatorluq səviyyəsində bir-birindən nisbətən müstəqil olaraq hərəkət edən təşkilatları bir araya gətirmək və hərəkətlərini koordinasiya etmə məqsədiylə toplanırdı. 1906-ci ildə konqresdə üst idarə heyəti vəzifəsində bir quruluş meydana gəlmişidisə də uzun nəfəsli olmayacaqdı. 1907-ci ildən sonra təşkilat geriləməyə və güc itirməyə başladı. 1917-ci ildə meydana gələn Fevral İnqilabından sonra rəsmi olaraq mövcud Qarayüzlər təşkilatları bağlandı. Oktyabr İnqilabının ardından bolşeviklərin hakimiyyəti almasına qarşı başlayan Rusiya vətəndaş müharibəsi zamanı Ağ Hərəkat içində iştirak edən təşkilat döyüşdən sonra dağılacaq. Yurd xaricinə qaçan bəzi nümayəndələri Ağ Hərəkatı tənqid edəcək və monarxiyaya sahib çıxmamaqda günahlandırılacaqlar. Populyar ədəbiyyata təsirləri Cek London, 1908-ci ildə yazdığı "Dəmir daban" adlı əsərində ABŞ-da qondarma olaraq iqtidara gələn bir faşist rəhbərliyin yalnız özünə bağlı olan və işçi yığıncaqlarını basan Qarayüzlər adlı təşkilatından bəhs edir. Mövzuyla əlaqədar yazılan əsər Laqueur, Walter. Black Hundred: The Rise Of The Russian Extreme Right (1993)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya imperiyası Kateqoriya:Rus millətçiliyi Kateqoriya:1905-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1917-ci ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:Avtokratiya Kateqoriya:Əksinqilabçılar Kateqoriya:Rusiya imperiyasında siyasi partiyalar Kateqoriya:İfrat sağçı siyasi partiyalar Kateqoriya:Qadağan olunmuş ifrat sağçı siyasi partiyalar