Soçi Milli Parkı () — Qərbi Qafqazda, Soçi şəhərinin yaxınlığında, Rusiyanın cənubunda yerləşən milli park. Soçi Milli Parkı Rusiyanın ən qədim 2-ci milli parkıdır: 5 aprel 1983-cü ildə təşkil edilmişdir.
Topoqrafiya thumb|left|Milli parkdakı məşhur şəlalələrə Aqura, Orexovsk, İvanovsk, Polikarya, eləcə də, 33 Dərəsi şəlalələri daxildir. Soçi Milli Parkının sahəsi 1.937,37 km2 təşkil edir və Dünya irsi siyahısına salınmış Qərbi Qafqazda yerləşir. Milli park Böyük Soçi bölgəsini əhatə edir. Şimal-şərqdə Şepsi və Maqri çaylarının töküldüyü yerlər arasından — Tuapsinsk rayonu ilə sərhəddən Psau çayı ilə birlikdə Abxaziya ilə sərhədə qədər uzanır.
Bu bölgədən Soçi şəhərinə və müxtəlif şəhər və kənd yaşayış məntəqələrinə qədər milli park ərazisində yaşayış məntəqəsi yoxdur. Qafqaz Biosfer Qoruğunun ərazisi burada açıq-aydın nəzərə çarpır. Dərhal şimalında Qafqaz Təbiət Qoruğu yerləşir.
İran bəbiri 2009-cu ildə milli parkda İran bəbirləri üçün xüsusi mərkəz açılmışdır. Mərkəzdə 2009-cu ilin sentyabrından Türkmənistandan gətirilmiş iki erkək bəbir, 2010-cu ilin mayından İrandan gətirilmiş iki dişi bəbir saxlanılır. Bu bəbirlərin balaları Qafqaz Biosfer Qoruğundan vəhşi təbiətə buraxılacaqdır.WWF (2009) Flying Turkmen leopards to bring species back to Caucasus. WWF, 23 September 2009Sochi. Live (2010) Sochi welcomes leopards from Iran . Organizing Committee of the XXII Olympic Winter Games and XI Paralympic Winter Games of 2014 in Sochi, 4 may 2010Druzhinin, A. (2010). Iranian leopards make themselves at home in Russia's Sochi . RIA Novosti, 6 may 2010
2012-ci ildə bir cüt İran bəbiri Soçi Milli Parkından Portuqaliyanın Lissabon Zooloji Parkına aparılmışdır. 2013-cü ilin iyulunda cütlüyün balaları olmuşdur. Bu balalar son 50 ildə Rusiyada doğulduğu məlum olan ilk bəbir balalarıdır. Dünya Vəhşi Təbiət Fondu Rusiyanın növlər üzrə koordinatoru Nataliya Dronovaya görə bəbir balaları valideynlərindən təbiətdə sağ qalmaq üçün lazım olan bacarıqları öyrəndikdən sonra vəhşi təbiətə buraxılacaqlar.
Qalereya
Həmçinin bax Ajek şəlaləsi
İstinadlar
Xarici keçidlər Soçi Qoruğunun rəsmi saytı — ətraflı park profili Soçi Milli Parkının xəritəsi
Kateqoriya:Rusiya milli parkları Kateqoriya:1983-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Soçi Kateqoriya:Krasnodar diyarı