Sui-qəsd sinfi () — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır.

Məzmun Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir.

Rollarda

İstehsal Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır.Komatsu, Mikikazu, "http://www.crunchyroll.com/anime-news/2014/10/13-1/assassination-classroom-live-action-film-release-date-set-for-march-21-2015"(http://www.crunchyroll.com/anime-news/2014/10/13-1/assassination-classroom-live-action-film-release-date-set-for-march-21-2015) Cruncyroll. Accessed 9 may 2016.

Yayımlanması Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.Assassination Classroom Manga Gets TV Anime & Live-Action Film". Anime News Network. June 23, 2014. Retrieved August 7, 2014. ABŞ-da isə ilk dəfə 2015-ci ilin sentyabrında "Austin Fantastic Fest" tədbirində nümayiş etdirilmişdir.Barton, Steve, August 26, 2015, "Fantastic Fest 2015 Second Wave Announcement Includes The Mind’s Eye, February, High Rise, and More!" (http://www.dreadcentral.com/news/121857/fantastic-fest-2015-second-wave-of-film-announcement-includes-the-minds-eye-february-high-rise-and-more/ ) Dread Central. Accessed 9 may 2016.

Qəbul Film ilk həftəsində 313 ekranda nümayiş etdirələrək 3,42 milyon $ gəlir əldə etmişdir.Schilling, Mark, March 23, 2015, "Japan Box Office: ‘Assassination Classroom’ Kills Weekend Top Spot" (http://variety.com/2015/film/asia/japan-box-office-assassination-classroom-kills-weekend-top-spot-1201458654/ ) Variety. Accessed 9 may 2016. Nəhayətdə təkcə Yaponiyada əldə etdiyi gəlir 20 milyon $-dan çoxdur.Blair, Gavin, 4,13,2015, "Japan Box Office: 'Birdman' Opens No. 2 in Limited Launch" (http://www.hollywoodreporter.com/news/japan-box-office-birdman-opens-788304 ) The Hollywood Reporter. Accessed 9 may 2016.

Film School Rejects bloqu filmə B+ dərəcəsi vermişdir və rəyində bunları bildirmişdir: ""Sui-qəsd sinfi" mükəmməl partlayışdır. Sadəcə gülməli qurmasını yaşatmır, həm də onunla səmimi nəsə edir".Hunter, Rob, September 27, 2015, "Assassination Classroom Review (http://filmschoolrejects.com/reviews/assassination-classroom.php ) Film School Rejects. Accessed 9 may 2016. We Got This Covered filmə 5 üzərindən 3,5 xal vermişdir: "Film ürəkaçan J-pop iğtişaşıdır. Bəşəriyyəti məhv etməyi planlaşdıran yadplanetli müəllimdən və onu məzuniyyətdən öncə öldürməli olan uğursuzlar sinfindən bəhs edir".Donato, Matt, 2015, "Assassination Classroom Review [Fantastic Fest 2015] "(http://wegotthiscovered.com/movies/assassination-classroom-review-fantastic-fest-2015/ ) We Got This Covered. Accessed 9 may 2016. Twitch Film qeyd etmişdir: "Bu, qayğısız və yaxşı hiss yaradan Yaponiya filmi idi. Mən bütün festival boyunca bunu gözləyirdim".Mack, Andrew, August 5, 2015, "Fantasia 2015 Review: ASSASSINATION CLASSROOM, A Heartwarming Tale About Assassinating Your Alien Teacher (http://twitchfilm.com/2015/08/fantasia-2015-review-assassination-classroom-a-heartwarming-tale-about-assassinating-your-alien-teac.html ) TwitchFilm. Accessed 9 may 2016.

Sikvel Filmin davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 25 mart 2016-cı ildə ekranlaşdırılmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Toho filmləri Kateqoriya:Yaponiyanın komediya filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2010-cu illərin komediya filmləri Kateqoriya:Eyiçiro Hasuminin filmləri Kateqoriya:Assassination Classroom Kateqoriya:Manqalara əsaslanan bədii filmlər Kateqoriya:Müəllimlər haqqında filmlər