Lorik Sana () — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir.

Klub karyerası Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.

2005–2006 mövsümünün əvvəlində Olimpik Marsel FK-a transfer olundu. Burada ilk liqa oyununa 27 avqust 2005-ci ildə çıxdı. Klubda ilk qolunu isə 16 oktyabr 2005-ci ildə keçmiş komandası PSJ-yə qarşı 1–0 bitən oyunda vurdu. 2007–2008 mövsümünün əvvəlində Habib Beyenin Nyukasl Yunayted FK-a transfer olunmasından sonra Lorik Sana komandanın kapitanı seçildi.

Alban futbolçu 24 iyul 2009-cu il tarixində 6 milyon £ qarşılığında dörd illiyə Sanderlend FK-a transfer olundu.

8 iyul 2010-cu il tarixində Qalatasaray PFK İngiltərənin Sanderlend FK klubunda forma geyən yarımmüdafiəçi Lorik Sana ilə 4 illik razılığa gəldilər. Qalatasaray bu oyunçunu almaq üçün Sanderlend FK-a 4.5 milyon € ödəmişdir. Özünə isə illik 2 milyon € ödəməyə başlamışdır. Oyun başına isə Lorik Sanaya 7500 € düşürdü.

2011–2012 mövsümünün əvvəlində Qalatasaray Lorik Sananı Fernando Muslera əvəzində Latsio FK-a transfer etmişdir.

Qalatasaray Qalatasaray ilə düşərgə dövründə fiziki olaraq hazır olmayan Lorik Sana bi çox oyunda 90 dəqiqə oynaya bilməmişdir. Hasselt, PAS Həmədan komandaları ilə oynanan hazırlıq qarşılaşmalarında yalnız 30 dəqiqə oynayan futbolçu Fənərbaxça ilə oynanan Dostluq Kuboku qarşılaşmasında 45 dəqiqə sahədə qala bilmişdir. Fiziki olaraq məşqdə qüsurları olan Lorik Sana Albaniya milli futbol komandasında 90 dəqiqə oynamış və dizindən zədələnmişdir. Super Liqanın 2-ci həftəsində Bursaspor ilə oynanan oyunda Qalatasarayın heyətində olmayan Sana 3-cü həftədə Eskişehirspor ilə oyunda ikinci hissədə oyuna çıxmışdır və effektiv bir performans göstərmişdir. Qarşılaşmada hava hakimiyyətində güzəşt verməyən yarımmüdafiəçi Eskişehirspor qarşısında vurulan 3-cü qolda qolu vuran Sana olmuşdur.

Mübariz şəxsiyyəti və ehtiraslı quruluşu ilə tərəfdarın gözünə girməyi bacarmışdır. Hava hakimiyyəti, istərsə də kəsdiyi toplar ilə Qalatasarayın müdafiəsinə kömək edən Lorik Sana Fənərbaxça derbisində tərəfdarın ən bəyəndiyi adlardan biri olmuşdur. Qalatasaray — Manisaspor qarşılaşmasında azərkeşlər tam da onun üçün "Lorik Sana" deyə temp tutarkən, eyni dəqiqə içərisində cəza meydançasında İsaak Promisi yıxaraq penaltiyə səbəb olmuşdur. 14-cü həftədə oynanılan Beşiktaş derbisindən əvvəl 3 həftə sahələrdən uzaq qalacağı açıqlanmasına baxmayaraq, öz istəyi ilə derbidə oynamış və yenə effektiv bir performans göstərmişdir. Əsl mövqeyi yarımmüdafiəçi olmasına baxmayaraq zaman-zaman hücumçu kimi də çıxış etmişdir.

Nant 31 avqust 2015-ci ildə Fransanın Nant klubu ilə müqavilə imzalamışdır. Çıxdığı 21 oyunda hələ də qol vura bilməyib. Nant FK-da ilk oyununa 21 noyabr 2015-ci ildə Monako ilə oyunda çıxmış və komandası Monakoya səfərdə 1–0 məğlub olmuşdur.

Karyera statistikası

Klub 13 sentyabr 2015-ci il MövsümKlubDiviziyaLiqaLiqa kubokuAvropaÜmumiOyunQolOyunQolOyunQolOyunQol2000–01Pari Sen-Jermen FK B Liqa 240——402001–02121——1212002–03231——231Ümumi3920000392Pari Sen-Jermen Liqa 130——302003–04321——3212004–05321—603812005–0620——20Ümumi6920060752Marsel Liqa 1283—803632006–0733210303722007–0834220904522008–09271—121392Ümumi12283032115792009–10Sanderlend Premyer Liqa31040—350Ümumi31040003502010–11Qalatasaray Super Liqa2414030311Ümumi24140303112011–12Latsio Serie A15200602122012–1324050903802013–1426200603222014–1517030—200Ümumi8248021011142015–16Nant FK Liqa 12103000240Ümumi2103000240Ümumi Karyerası3881722062147218

Milli komanda 7 sentyabr 2015-ci il

Albaniya milli komandasıLorik Cana — national football team player EU-Football.infoİlOyunQol200210200360200450200581200640200760200850200960201060201190201280201370201480201550201610Ümumi851

Milli komanda karyerası Albaniya milli futbol komandasında ilk dəfə 11 iyun 2003-cü ildə 2004-cü il Avropa Çempionatının Seçmə mərhələsində İsveçrə ilə oyunda forma geymişdir. İlk qolunu isə 17 avqust 2005-ci ildə Azərbaycan ilə oyunda vurmuşdur. Sananı Kosovo, Albaniya ilə yanaşı Fransa və İsveçrənin də vətəndaşıdır.

# Gün Stadion Rəqib Nəticə Nəticə Oyun 1. 17 avqust 2005 Qemal Stafa Stadionu, Tirana, Albaniya 2–1 2–1 YoldaşlıqCorrect as of 13 January 2013

Şəxsi həyatı Atası Agim Sana da oğlu kimi futbolçu olmuşdur və Türkiyədə də bir müddət oynamışdır.

Uğurları

Klub Pari Sen-Jermen FK Fransa Kuboku: 2004

Olimpik Marsel FK Fransa Kuboku finalçısı: 2006, 2007

Şəxsi Albaniya İlin futbolçusu: 2004, 2005, 2006 Albaniya Azərkeşlərinin İlin futbolçusu: 2009

İstinadlar

Xarici keçidlər LFP Profili Statistics at TFF.org Profile UEFA-da Lorik Cana OM.net

Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Nant FK futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:İsveçrənin kişi futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Kosovo albanları Kateqoriya:Türkiyədə legioner Albaniya idmançıları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular