Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.
26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul qəbul etmişdi. Bu qanunla, həmçinin, Mardakert rayonunun adı dəyişdişdirilərək Ağdərə rayonu adlandırılması qərara alınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.
Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur.
5 dekabr 2023-cü il tarixli Qanunla yenidən yaradılmış Ağdərə rayonunun tərkibinə daxil edilibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri