Professor ( – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad.

İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-də isə kolleclərin müəllimləri də professor adlanır.

Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqoji kadrlara verilir.

Həmçinin bax Dosent Akademik

İstinadlar

Kateqoriya:Akademik titullar Kateqoriya:Peşələr