thumb|Anjouan|left Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, , ) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur.

Eyniadlı ərazisində 2007–2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.

thumb|center|Anjouan bayrağı (1997–2012)

Kateqoriya:Komor adaları coğrafiyası Kateqoriya:Komor adaları tarixi Kateqoriya:Ada dövlətlər Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:1997-ci ildə yaranmış dövlətlər və ərazilər