Zaqreb kafedralı () — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Feđa Gavrilović (12 January 2012). "Razbijene zastarjele predrasude" [Obsolete prejudices shattered. Vijenac (in Croatian) (Matica hrvatska) (466). . Retrieved 29 June 2012. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar.

Tarix 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır. XVII əsrdə kafedralın cənub tərəfindən möhkəmləndirilmiş intibah qülləsi ucaldılmışdır və qüllədən Osmanlı imperiyasına qarşı hərbi məqsədlər üçün (müşahidə) istifadə olunmuşdur.

1880-ci ildə baş vermiş Zaqreb zəlzələsi zamanı kafedral böyük ziyan görmüşdür. Əsas nef çökmüş və qüllə dağılmışdır. Kafedralın rekonstruksiyası ilə memar Herman Bole məşğul olmuşdur. O, kafedralı neoqotika üslubunda yenidən bərpa etmiş və indiki görkəminə salmışdır. Rekonstruksiyanın bir hissəsi kimi qərb tərəfdə hündürlüyü 108 metr olan iki şpil ucaldılmışdır. Bu şpillər hazırda kafedralın ekstensiv bərpasının bir hissəsi kimi bərpa olunur.

1000 Xorvatiya kunasının 1993-cü ildə buraxılmış buraxılışının arxasında kafedralın təsviri vardı.Croatian National Bank . Features of Kuna Banknotes : 1000 kuna . – Retrieved on 30 March 2009.

Kafedralın genişliyi 46 metr, hündürlüyü 108 metrdir.MAKOV TEKST O ZAGREBAČKOJ KATEDRALI - glas-koncila.hr Şimal qülləsində 5, cənub qülləsində 3 zəng vardır. Kafedralda xorvat heykəltaraş İvan Meştroviç tərəfindən hazırlanan kardinal Aloizie Stepinasın relyefi yerləşir. 5 iyun 2011-ci ildə Papa XVI Benedikt kafedralı ziyarət etmiş və I İştvanın məzarı önündə dua etmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Zaqreb kafedralı; Zagreb Tourist Info Zaqreb kafedralı Zaqreb kafedralı 1880-ci il zəlzələsində və kafedralın bərpası

Kateqoriya:Xorvatiya kafedralları Kateqoriya:Zaqreb Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar