Kamalə Abiyeva (Abiyeva Kamalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Kəmalə Abiyeva 13 iyul 1954-cü ildə Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb.
Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb.
Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb.
1980-ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. "Qabaqcıl təhsil işçi"sidir. 10 və 11-ci sinif "Fizika" dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi–metodiki məqalənin müəllifidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olub.
Yaradıcılığı İlk şeir və hekayələrini 70-ci illərdə hələ məktəbli olarkən yazıb. Tələbəlik illərində ara-sıra mətbuatda şeirləriylə çıxış etsə də, bədii yaradıcılığa 80-ci illərdə başlayıb. 1988-ci ilə qədər şeirləri o dövrün bütün mətbuat orqanlarında, qəzet və jurnallarında, eləcə də müxtəlif almanaxlarda — "Azərbaycan", "Gənc istedadlar","Yaşıl budaqlar", "Bahar çiçəkləri" və s. dərgilərdə yer alıb və həmin illərdə Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin müxbiri işləyib.
1981-ci ildə yaradılan Azərbaycan LKGİ-nın Respublika Gənc Yazıçılar birliyinin üzvü olub.
1988–1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaliyyətində durğunluq yaratdı.
1999-cu ildə istedadlı bəstəkar Aygün Səmədzadənin bəstələdiyi "Məktəb illəri" mahnısının söz müəllifidir. Həmin ildə "Yağış yağır bu şəhərə" əsəri oxuculara təqdim olundu. Onlarla şeir və şeir və hekayələr kitabının müəllifidir. Sözlərinə yazılan onlarla mahnı –"Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Özün günahkarsan", "Uşaqlığım", "Bu sevgi", "Bakı haqqında nağıl", "Azərbaycan", "Yada salma özünü" və s. dillər əzbəridir. Sözlərinə ilk mahnıları Oqtay Kazımi yazsa da, Aygün Səmədzadə, Kamal, Elçin İmanov, Pikə Axundova, Tahir Əkbər, Gülşən Rafiqqızı, İqbal Ağayev, Aydan Əliyeva və başqa bəstəkarlarla uzun müddətdir yaradıcılıq əməkdaşlığı edir.
Yazar Aysel Əlizadənin rus dilindən tərcümə etdiyi kitabların redaktorudur: Oşo -"Kişilərin kitabı", "Qadınların kitabı"; Platonov "Kotlovan"; Aqata Kristi "Qolf meydançasında qətl" bu qəbildən olan tərcümə kitablarıdır. Şeirləri rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. Kəmalə Abiyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kəmalə Abıyeva şair, yazıçı, publisist Aysel Əlizadənin anasıdır.
Əsərləri "Yağış yağır bu şəhərə", Bakı, "Gənclik" nəşriyyatı, 1999 "Bu dünyanı nağıl bilək", Bakı, "Mütərcim", 2004 "Azərbaycan", Bakı, 2003 "Vətən bir də doğulmur", " 3 saylı Bakı Mətbəəsi", 2007 "Gİzlənqaç", Bakı, "Mütərcim", 2014 "Tapmaca", Bakı, "Xan" nəşriyyatı,2016 "DTK-nın qorxunc sirri" (Aleksey Matviyenko -tərcümə), Bakı, "Mütərcim", 2016 Firəngiz Əhmədova (Səs ömrü) , Bakı , "Şərq-Qərb" nəşriyyatı; 2017
9. "İrəvanda diz qoysam", Bakı, "Elm və təhsil" nəşriyyatı, 2019 10. "Varlan" — (İsak Pintoseviç-tərcümə), Bakı, "Qanun" nəşriyyatı, 2020 11. "41 (Astara şəhidləri)", Bakı, "N-print nəşriyyatı", 2021 12. "Torpaq", Bakı, "APASTROV-A" nəşriyyatı; 2022. 13. "Bir sevgi", Bakı, "Elm və təhsil" nəşriyyatı, 2023 14. “O adam”, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2024. 15. “21”-Bakı şəhidləri, Elm və təhsil nəş. 2024..
Sözlərinə yazılan mahnılar: Məktəb illəri - Aygün Səmədzadə Bakı haqqında nağıl - Aygün Səmədzadə Azərbaycan - Aygün Səmədzadə Özün günahkarsan - Kamal Uşaqlığım -Kamal Neynim — - Oqtay Kazımov Qaragöz — - Oqtay Kazımov Qoy başına dolanım - Oqtay Kazımi Hər nazına dözərəm — Oqtay Kazımi Sən Yoxsan - Emin Sabitoğlu Sən yadıma düşərsən — Emin Sabitoğlu Məni xatırla — Aygün Səmədzadə ”Bu dünyanı nağıl bilək — Aygün Səmədzadə Yağış yağır bu şəhərə — Aygün Səmədzadə "Qələbədir adın" musiqili tamaşanın liberetto müəllifi — Pikə Axundova Zəfər odası — Pikə Axundova Qarabağım — Gülşən Rafiqqızı Qocaldım ana — İqbal Ağayev Vətəni anlat -İqbal Ağayev Vətən savaşı — İqbal Ağayev Unuda bilsən — Aygün Səmədzadə Unuda bilmədim - Aygün Səmədzadə Bir sevgi - Aygün Səmədzadə Danışma -Aygün Səmədzadə Qaraçı - Aygün Səmədzadə Vətənim Azərbaycan - Aygün Səmədzadə Laylay - Aygün Səmədzadə .Yarpaqlar titrəsə- Aygün Səmədzadə Nə vaxtsa - Mətanət Nəsirqızı Son zəng - Mətanət Nsirqızı Müəllim -Mətanət Nəsirqızı Azərbaycan --Tahir Əkbər Yada salma özünü -Tahir Əkbər Mehriban Bakı -Elçin İmanov Əzizim - Elçin İmanov Qar yağır - Elçin İmanov və s.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanın qadın şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər