thumb|300px|20-ci əsrin ikinci yarısında çıxarılmış tektonik plitələrin xəritəsi. thumb|300px|Plitələrin hərəkəti NASA JPL peyklərindən alınan GPS məlumatlar əsasında çıxarılıb. Vektorlar hərəkətin istiqamətini və həcmini göstərir. Tektonik plitələr (, ) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə() konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı.
Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.
Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir. Konvergent sərhədlərdə subduksiya plitələri mantiyaya yönəldir, material itkisi isə yeni okeanik təbəqənin əmələ gəlməsi ilə kompensasiya edilir. Bununla yerin ümumi səthi eyni olaraq qalır.
Əsas prinsiplər Yer kürəsinin xarici təbəqəsi litosfer və astenosferə bölünür. Bu fərq mexaniki xarakter və istiliyin ötürülməsi metodundakı fərqlərə görə müəyyən olunur. Mexaniki olaraq litosfer daha soyuq və möhkəmdir, astenosfer isə daha istidir və axıcıdır. İstiliyin ötürülməsinə gəldikdə isə, litosfer öz istiliyini konduksiya ilə itirir, astenosfer isə istiliyi konveksiya ilə ötürür. Bu bölünmə həmin təbəqələrin kimyəvi olaraq mantiyaya və qabığa bölünməsi ilə qarışdırılmamalıdır. Mantiyanın müəyyən hissəsi müxtəlif vaxtlarda temperaturdan və təzyiqdən asılı olaraq litosferin və ya astenosferin tərkib hissəsi ola bilər.
Əsas prinsip ondan ibarətdir ki, litosfer mayeyə bənzər(visko-elastik bərk) astenosferin üzərində hərəkət edən fərqli tektonik plitələrdən ibarətdir. Piltələrin hərəkəti tipik olaraq il ərzində 10–40 mm-dən 160 mm-ə qədər dəyişə bilər., .
Tektonik litosfer plitələri litosferin mantiya qatı və onun üzərindəki okean qabığı (köhnə mətnlərdə sima da adlanır-silikon və maqneziumdan) və ya kontinental qabıqdan(sial-silikon və aluminiumdan) ibarətdir. Okean yer qabığının orta qalınlığı -dir, onun qalınlığı yaşından asılıdır; belə ki vaxt ötdükcə o daha soyuq və qalın olur. Həmçinin okeanik təbəqə mərkəzdən kənarlara doğru genişləndiyindən, qalınlıq onun genişləndiyi mərkəzlə aradakı məsafədən də ibarət ola bilir. Subduksiyadan əvvəl okeanik litosfer təbəqəsinin qət etməli olduğu orta məsafələrdə qalınlıq 6 km-dən(orta okean silsilələrində) 100 km-ə dək (subduksiya zonalarında) dəyişir; qısa və uzun məsafələrdən subduksiya zonası da müvafiq olaraq nazik və qalın olur. Kontinental litosfer orta hesabla 200 km qalınlığa sahib olur. Lakin bu rəqəm də çökəkliklər, dağlıq ərazilər və sabit qədim platforma hissələri arasında müxtəlif olur. Bu iki müxtəlif qabıq qalınlığına görə də fərqlənir, belə ki kontinental qabıq okean qabığından daha qalındır (35 km və 6 km).
Plitələrin qarşılaşdığı ərazilər plitələrin sərhədləri adlanır. Bu sərhədlər adətən geoloji hadisələrlə, məsələn zəlzələlərlə və topoqrafik xüsusiyyətlərin (dağlar, vulkanlar, orta okean dağ silsilələri və okanik novlar) əmələ gəlməsi ilə müşayiət olunur. Dünyanın əksər aktiv vulkanları məhz bu sərhədlərə təsadüf edir. "Sakit Okean Odlu Həlqəsi" bu baxımdan xüsusilə məşhurdur. Bəzi vulkanlar plitələrin daxilində püskürə bilir və bunlar plitələrin daxili deformasiyasına və mantiya axınlarına aid edilir.
Yuxarıda qeyd edildiyi kimi, tektonik plitələr kontinental qabıqdan və okeanik qabıqdan ibarət ola bilər və bir çox plitələr hər iki qabığı özündə ehtiva edir. Məsələn, Afrika Plitəsi Afrika qitəsini və Atlantik və Hind okeanının bəzi hissələrini əhatə edir. Okean qabığı ilə kontinental qabıq arasındakı fərq onların əmələ gəlmə formalarına əsaslanır. Okean qabığı genişlənən dəniz dabanı nəticəsində əmələ gəlir. Kontinental qabıq vulkanizm, tektonik proseslər nəticəsində lövhələrin böyüməsilə əmələ gəlir. Lakin bu lövhələrdən bəzilərinin tərkibində ofiolit elementləri ola bilər, hansı ki bu okean qabığının hissəsidir. Lakin onlar formalaşmanın standart dövrəsini tamamladıqda kontinentin tərkibi hesab olunurlar. Həmçinin okean qabığı tərkibindəki elementlərə görə kontinental qabıqdan daha sıxdır. Okeanik qabığın daha sıx olmasının səbəbi odur ki, o daha az silikona və daha çox ağır maddələrə sahibdir. Nəticədə okeanik qabıq adətən dəniz səviyyəsindən aşağıda, kontinental qabıq isə dəniz səviyyəsindən yüksəkdə yerləşir.
Sakit Okean Plitəsi
Sakit Okean Plitəsi Sakit Okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-Şərq tərəfdə bu plitə Kəşfiyyatçı Plitəsi, Xuan de Fuka Plitəsi və Qorda Plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San-Andreas qırılması üzrə Şimali Amerika plitəsi ilə və həmçinin Kokos Plitəsi ilə sərhədlərə sahibdir. Cənub-Şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir.
Cənub hissə Antarktika Plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir.
Qərb hissədə plitə Oxlotsk Plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin Dənizi Plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina Plitəsi ilə transform və Şimali-Bismark Plitəsi ilə toqquşma sərhədlərinə sahibdir.
Cənub-Qərbdə Sakit Okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırılması bu plitələr arasında tranform sərhədi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit Okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir. Şimal hissədə plitə Şimali Amerika plitəsinin altına subduksiya etməklə konvergent sərhədlər əmələ gətirir. Burada Aleut çökəkliyi və müvafiq olaraq Aleut adaları əmələ gəlir. Sakit Okean plitəsi daxildə ocağa sahibdir və bu Havay Adalarını əmələ gətirir. Hillis və Muller bildirir ki, Quş Başı Plitəsi Sakit Okean Plitəsi ilə birlikdə hərəkət edir.
Bu plitənin sərhədlərində yerləşən Sakit Okean odlu halqası seysmikliyinə görə xüsusilə məşhurdur. Bu sahədə bir çox zəlzələlər və vulkanlar baş verir. 40.000 kmlik ərazidə yerləşən Odlu halqa okean çökəklikləri, vulkanik adalar və vulkan kəmərləri ilə zəngindir. Bu qövsdə 452 vulkan yerləşir və dünyadakı aktiv vulkanların 75 faizi də məhz bura təsadüf edir. Dünyada baş verən zəlzələlərin 90 faizi və ən böyük zəlzələlərin 81 faizi Alov Qövsündə baş verir.
Şimali Amerika Plitəsi
Şimali Amerika Plitəsi Şimali Amerikanın böyük hissəsini, Qrenlandiyanı, Kubanı, Baham adalarını və Sibirin, İslandiyanın və Azor adalarının müəyyən hissələrini əhatə edən tektonik plitədir. O şərqə doğru Orta-Atlantik dağ silsiləsinə və qərbə doğru Şərqi Sibirə(Çerksi) qədər uzanır. Plitədə həm kontinental, həm də okeanik qabıq mövcuddur. Plitənin daxili hissəsi böyük əraziyə sahib platformadır. Platformanın əksər kənarları terreynlərdən ibarətdir və bu terreynlər uzun geoloji zaman ərzində tektonik proseslər nəticəsində əmələ gəliblər.
Şimali Amerika Plitəsinin şərq hissəsi Avrasiya Plitəsi ilə (şimalda) və Afrika Plitəsi ilə(cənubda) Orta-Atlantik dağ silsiləsinin şimalını əmələ gətirən divergent sərhədlərə sahibdir.
Cənubda transform sərhədlər Kokos Plitəsi (qərb) və Karib Plitəsi-dən (şərq)ibarətdir. Bu ərazidə Kayman çökəkiliyi (Karib dənizində) və Quatemala boyunca Motaqua qırılması əmələ gəlib. Septentrional və Enriquilo-Plantain qırılmaları İspaniola boyunca uzanır və sərhədlərə daxildir. Cənub hissənin qalan əraziləri Orta-Atlantik dağ silsiləsinə qədər uzanır və Şimali Amerika Plitəsi ilə Cənubi Amerika Plitəsinin sərhədlərini müəyyən edir. Plitəsinin bu əraziləri yaxşı öyrənilməyib. Şimalda sərhədlər boyunca Orta-Atlantik dağ silsiləsinin davamı olan Qakkel silsiləsi uzanır. Şimalın qalan hissəsi qərbə doğru uzanır və Sibiri də əhatə edir. Bu sərhəd boyunca olan obyektlər bunlardır:Laptev dənizi rifti, Ulakan qırılması, Oklotsk Plitəsi və Aleut çökəkliyi. Qərb sərhədləri:Alyaskanın sahili boyunca Kraliça Şarlotta qırılması, Kaskadiyan subduksiya zonası, Kaliforniya boyunca San-Andreas qırılması, Kaliforniya körfəzində Şərqi-Sakit qalxması və cənuba doğru Mərkəzi-Amerika çökəkliyi. Özünün qərb hissəsində Farallon Plitəsi Yuradövründən bəri Şimali Amerika plitəsinin altına subduksiya edir. Farallon Plitəsi demək olar ki, tamamilə Şimali Amerika Plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit Okean Plitəsi ilə əlaqədə saxlayır. Xuan de Fuka, Kəşfiyyatçı(Explorer), Qorda, Kokos və Naska Plitələri Farallon Plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir. Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür.
Plitədə bir neçə ocaqlar var. Əsas ocaqlar Yelloston, Raton və Anaxim ocaqlarıdır. Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir. Onlar hələ də aktivdir və zəlzələlərə, vulkanlara səbəb olurlar. Əsasən Şimali Amerika hissəsi Orta-Atlantik dağ silsiləsindən cənub-şərqə doğru hərəkət edir.
Plitənin hərəkətinə subduksiya səbəb ola bilməz, çünki Şimali Amerika plitəsinin Puerto-Riko çökəkliyindəki kiçik ərazisi istisna olmaqla, heç bir hissəsi subduksiya olunmur.
Avrasiya plitəsi
Avrasiya plitəsi Avrasiya materikinin böyük hissəini əhatə edir. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir.
Şərq tərəfdən şimala doğru Şimali Afrika Plitəsi və cənuba doğru Filippin Dəniz Plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amurian plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaey-dəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi.
Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib. Bunlar Mərkəzi Asiya tranzit zonasına və Şərqi Asiya tranzit zonasına aiddir.
Afrika plitəsi
Afrika plitəsi Afrika qitəsini və bu qitəylə ətrafdakı okean dağ silsilələri arasındakı okeanik qabığı əhatə edən tektonik plitədir. Plitənin qərb hissəsi şimal tərəfdə Şimali Amerika Plitəsi və cənuba doğru Cənubi Amerika Plitəsi ilə divergent sərhədlərə malikdir. Afrika plitəsi şimal-şərqdən Ərəb plitəsi ilə, cənub-şərqdən Hind-Avstraliya plitəsi ilə, şimaldan Avrasiya və Anatol plitələri ilə, cənubdan isə Antarktik plitəsi ilə sərhədlənir. Bütün bu sərhədlər Avrasiya plitəsi istisna olmaqla divergent və ya genişlənən sərhədlərdir.