İsa Əli oğlu Məmmədov () — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1981–1987), Lənkəran Şəhər Komitəsinin birinci katibi (1970–1981), Naxçıvan MSSR mədəniyyət naziri (1965–1970), Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR əməkdar müəllimi (1964), psixologiya elmləri doktoru (2006).
Həyatı İsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945–1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972–1977-ci illərdə isə Moskva ali partiya məktəbində təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayıb, 1944–1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947–1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953–1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961–1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965–1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970–1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981–1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi olub.
1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində fəaliyyət göstərmişdir.
O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
2007-ci il avqustun 10-da 82 yaşında vəfat etmişdir.
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1976указом Президиума Верховного Совета СССР от 27 декабря 1976 года Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 02.10.2002
Kitabları Əmək və dostluq bayramı. Bakı: Azərnəşr, 1973. Сознание общественного долга. Баку: Азернешр, 1979. İctimai vəzifənin dərk edilməsi. Bakı: Azərnəşr, 1981. Школьная психологическая служба Азербайджана: научно-методические проблемы и опыт организации психологической практики. Москва: "Флинта", 2000. Məktəbdə psixoloji xidmət: Psixoloji praktikanın elmi-metodik problemləri və yaradılması təcrübəsi. Bakı: Təhsil, 2002; Pedaqogika, 2003 (ikinci nəşri). İzahlı psixoloji lüğət. Bakı: Təhsil, 2002. Ömrümdən fraqmentlər. Hissə 1. Bakı: [n. y.], 2006.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Psixologiya elmləri doktorları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri