Samtredia FK () — Gürcüstanın Samtredia şəhərini təmsil edən Gürcüstan futbol klubudur. Hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Erosi Manyqaladze Stadionunda keçirir.

Tarixi Klub 1936-cı ildə Samtredia şəhərində təsis edilmişdir. Klub əvvəllər Sovet İkinci Liqasında mübarizə aparmışdır. Klubun adı müxtəlif illərdə və mövsümlərdə Lokomotivi Samtredia, Sanavardo Samtredia, Cuba Samtredia və İberiya Samtredia kimi dəyişdirilmişdir.

2016-cı ildə Samtredia ölkə çempionatının qalibi olmuşdur. Onlar Çixura Saçxere klubuna qarşı pley-off oyununda qalib gələrək tarixlərində ilk dəfə çempionluq tituluna yiyələnmişlər.

Avropa Kuboku Mövsüm Turnir Raund Klub Ev Səfər Ümumi 1995–96 UEFA Kuboku 1R Vardar 0–2 0–1 0–3 2016–17 UEFA Avropa Liqası 1QR Qəbələ 2–1 1–5 3–6 2017–18 UEFA Çempionlar Liqası 2QR Qarabağ 0–1 0–5 0–6

Uğurları Gürcüstan Sovet Çempionatı Çempion: 1972 Gürcüstan Umaqlesi Liqa Çempion: 2016 (payız) Gümüş medal çempionu: 1995, 2016 (yaz) Pirveli Liqa Çempion: 2009 Gümüş medal çempionu: 1998 Sovet İkinci Liqası Çempion: 1980, 1987 Gümüş medal çempionu: 1979, 1981, 1982

İstinadlar

Xarici keçidlər Official Website

Kateqoriya:Gürcüstan futbol klubları