Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.

Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daim ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.

Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. thumb|right|200px|Kitzbühel, Avstriyada qış turizmi ilə məşhur bir şəhərdir. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.

Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, Niderland və Böyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada "basabas" mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.

Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.

Xarici turistlər Avstriyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil edir: Yer Ölkə 2014 20151 11,750,027 12,134,8362 1,671,581 1,734,4533 1,309,660 1,400,2514 1,051,490 1,122,9365 802,552 875,6646 497,925 715,1197 660,086 711,3518 632,512 708,2339 516,770 517,70810 514,264 514,32911 493,055 501,59512 425,730 456,61513 309,794 348,76814 264,704 331,50715 467,565 313,40616 234,557 277,03217 264,704 275,80618 245,306 236,62119 205,501 224,25820 176,760 194,186Yekun 25,291,371 26,718,945

İstinadlar

Xarici keçidlər

Official Website of the Austrian National Tourist Office