Əminə Sultan () — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır.
Həyatı Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir. Vəfatlarına qədər yaşadıqları bu köşk 1935-ci ildə dağıdılmışdır. Əminə Sultan 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə Selanikə sürgün edildi. 1912-ci ildə Selanikin yunanlar tərəfindən işğal edilməsi səbəbilə İstanbula geri döndü. Atasının digər xanımlarından olan qardaşı Yusif İzzəddin Əfəndinin 1916-cı ildə intihar etməsilə ağır travma almış, özünü yaşadığı köşkün hovuzuna atmaq istəmişdir.http://www.uskudar-bld.gov.tr/portal/rehber_/t1.jsp?PageName=rehberAyrinti&ID=784 Əminə Sultan 30 yanvar 1920 tarixində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının qızları Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları