Böyük Hövzə səhrası () — ABŞ -ın qərbində yerləşən yayladır. Səhranın sahəsi 490 000 km² təkil edir. Qərbdən Serra-Nevada silsiləsi və Kaskad dağları, şərqdən Qayalı dağlar, şimaldan Kolumbiya platosu, cənubdan isə Moxave və Sonora səhraları ilə sərhədlənir. Yaylanın okeana çıxışı yoxdur. Çaylar və onların qollarının suları səhralarda itir və ya torpağa hoparaq okean və dənizlərə axa bilmir. İl ərzində səhranın ərazisinə 7 - 12 dyum yağıntı düşür.

Səhra özündə bir necə quraqlaşmış vadilərdən ibarətdir:Chalfant, Hammil, Benton, Queen Valley.

Böyük Hövzə səhrası olduqca soyuq səhradır. Ərazisində əsasən Atriplex confertifolia və Yovşan bitir.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:ABŞ səhraları Kateqoriya:Kaliforniya səhraları Kateqoriya:Nevada səhraları Kateqoriya:Yuta səhraları